12px13px15px17px
Tarix:07/11/18

“Google” Marsa virtual səyahət təklif edir

Yeni “Google Mars” layihəsi Qırmızı planetə 225 km məsafədə virtual səyahət etməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, planetin ən ətraflı xəritələrindən biri ABŞ Kosmik Agentliyinin (NASA) peyklərindən toplanan məlumatlar və agentlik və Arizona Universitetinin alimlərinin birgə fəaliyyəti əsasında tərtib olunub. Xəritədə Mars səthi ilə müxtəlif rejimlər vasitəsilə tanış olmaq mümkündür. Yüksəkliklər xəritəsində planetin relyefini, onun kraterlərini və təpələrini öyrənmək olar. Spektrin görünmə sahəsi Marsın boz konturlarını göstərməklə səthə daha ətraflı baxmağa imkan verir. Bundan əlavə, Mars səthinin infraqırmızı spektrli şəkillərindən istifadə etmək olar. Burada isə planetin temperatur xəritəsi ilə tanış olmaq mümkündür.

İnterfeys “Google Maps” servisi istifadəçilərinə çox yaxşı tanışdır. Xəritə kompüter “mouse”u vasitəsilə Mars üzərində “hərəkət etməyə” imkan verir, ayrı-ayrı keçidlər isə düzənliklərə, dağ silsilələrinə, kraterlərə, dağlara, kanyonlara və qum təpələrinə aparır. Bundan başqa, pulsuz “Google Earth Pro” əlavəsi Qırmızı planet səthinin “3D” modelinə baxmağa imkan verəcək.

Nizam Nuriyev





Baxış sayı: 617

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024