12px13px15px17px
Tarix:08/11/18

“Google” və “Facebook” azad internet haqqında sazişi dəstəkləyib

“Google” və “Facebook” şirkətləri qlobal şəbəkə yaradıcısı Tim Berners-Li tərəfindən təklif olunan yeni internet standartlarına dəstək nümayiş etdiriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, söhbət prinsipləri bütün insanların internetə sərbəst çıxışını, internetdən istifadənin məhdudlaşdırılması və ya qadağan olunması üçün bütün cəhdlərdən imtina edilməsini, istifadəçilərin fərdi məlumatlarının təhlükəsizlik və məxfiliyinə hörməti və s. nəzərdə tutan “İnternet sazişi”ndən (Contract for the Web) gedir.

Məlumata görə, sazişi Fransa hökuməti, “Internet Sans Frontières” (Sərhədsiz internet) təşkilatı, milyarder Riçard Brenson və digərləri daxil olmaqla 50-dən çox təşkilat və biznes sahəsi nümayəndəsi dəstəkləyib. Maraqlıdır ki, internet nəhəngi “Amazon” sazişə qoşulmayıb və şirkət nümayəndələri məsələyə aydınlıq gətirməyi düşünmürlər.

Berners-Linin sözlərinə görə, sazişin bütün müddəaları yaxın bir neçə ay ərzində razılaşdırılacaq. 2019-cu ilin martınadək alim sazişin şərtlərinə əməl etmək üçün maksimum sayda şirkət cəlb etmək niyyətindədir.

Nizam Nuriyev





Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024