12px13px15px17px
Tarix:08/11/18

“Samsung” elastik ekranlı smartfonun ilk prototipini nümayiş etdirib (VİDEO)

Cənubi Koreyanın "Samsung" şirkəti noyabrın 7-də proqram tərtibatçıları konfransında elastik ekranlı ilk smartfonun prototipini nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, prototipi nümayiş etdirən "Samsung" nümayəndəsi şirkət tərəfindən hazırlanan və elastik ekranlı istehlak qurğularının yaradılmasına imkan verən "Infinity Flex Display" texnologiyası haqqında söz açıb. O, sübut kimi pencəyin cibindən kiçik kənar ekrana malik uzun düzbucaqlı qurğunu çıxararaq onu açıb və 7,3 düym diaqonallı ekranın daxilini nümayiş etdirib.

Şirkət nümayəndəsi yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumat verməsə də, smartfonun eyni anda 3 əlavəni işə salmağa imkan verməsini və "Infinity Flex Display" texnologiyasının yaxın aylarda istehsalına başlanacağını qeyd edib. Şirkətin ilk elastik smartfonu nə vaxt təqdim edəcəyi barədə məlumat verilmir. Qurğunun adı da açıqlanmır, lakin hələ iki il əvvəl yayılan şayiələrə görə, qurğu "Samsung Galaxy X" adlanacaq.

Nizam Nuriyev
 
 





Baxış sayı: 458

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024