12px13px15px17px
Tarix:10/11/18

İnsanın yerişi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verəcək

Çin hüquq-mühafizə orqanları insanların şəxsiyyətini onların yerişinə görə müəyyənləşdirməyə başlayıblar. Buna imkan verən müvafiq texnologiya Watrix" şirkəti tərəfindən hazırlanıb.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, yeni texnologiya ilk olaraq Şanxay və Pekin şəhərlərində istifadəyə verilib. Proqramın süni intellekti insanın şəxsiyyətini 50 metr məsafədən, o cümlədən arxadan müəyyənləşdirə bilir.

Şirkətin baş direktoru Xuan Yunçjen bildirib ki, insanların müəyyənləşdirilməsi üçün onlarla əməkdaşlığa ehtiyac yoxdur. Yerişin analizini axsamaqla və ya addımları böyük atmaqla aldatmaq mümkün deyil. "Bu səbəbdən biz konkret bədənin bütün xüsusiyyətlərini təhlil edirik", - o qeyd edib.

Məlumata görə, insanın siluetini oxuyan sistem onun yerişinin modelini yaradır. Lakin "Watrix" texnologiyası vətəndaşların şəxsiyyətini real vaxt rejimində identifikasiya edə bilmir: videoqeydləri əllə proqrama yükləmək tələb olunur. Birsaatlıq videonun analizi üçün 10 dəqiqə sərf edilir.

Texnologiyanın 94 faiz dəqiqliklə işləməsi bildirilir. Daha yaxşı nəticə üçün yeni texnologiyanın sifətin tanınması sistemi ilə birgə yayılacağı gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024