Tarix:12/11/18
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən tədqiqat "Facebook", "Instagram" və "Snapchat" kimi şəbəkələrdən aktiv istifadə edən 143 tələbə arasında aparılıb. Bundan əvvəl isə könüllülərin əhval-ruhiyyəsi və səhhətinin müəyyənləşdirilməsi üçün sorğu keçirilib, eləcə də "iPhone" statistikası vasitəsilə sosial şəbəkələrdə orta aktivlik vaxtı ölçülüb.
Məlumata görə, sonra tələbələr iki qrupa bölünüb. Yoxlama xarakterli olan birinci qrupda könüllülər tərəfindən sosial şəbəkələrə əvvəllər olduğu kimi, eyni vaxt ayrılıb. İkinci – eksperimental qrupun üzvləri sosial şəbəkələrin hər birinə gündə 10 dəqiqə sərf ediblər. Eksperiment üç həftə davam edib.
Yekunda psixoloqlar tələbələr üçün yeddi göstəricidən ibarət xüsusi anket hazırlayıblar: sosial dəstək, ətraf insanlardan təcrid olmaq qorxusu, tənhalıq, narahatlıq, depressiya, özünə qiymətvermə və özünü qəbuletmə.
Nəticədə məlum olub ki, tənhalıq və depressiya bilavasitə sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır. Bundan başqa, eksperimental qrupun üzvlərində yoxlama qrupu ilə müqayisədə daha az depressiya simptomları aşkarlanıb.
Bununla belə, psixoloqlar hələlik eksperimentdə iştirak etməyən digər yaş qrupları və sosial şəbəkələr arasında paralellər aparmağa hazır deyillər.
Nizam Nuriyev
Sosial şəbəkələr sağlamlıq üçün təhlükəlidir?
ABŞ-ın Pensilvaniya Universitetinin psixoloqları sosial şəbəkələrdə çoxlu vaxt keçirilməsinin tənhalıq hissini artırmasını və depressiyaya səbəb olmasını müəyyənləşdiriblər."ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən tədqiqat "Facebook", "Instagram" və "Snapchat" kimi şəbəkələrdən aktiv istifadə edən 143 tələbə arasında aparılıb. Bundan əvvəl isə könüllülərin əhval-ruhiyyəsi və səhhətinin müəyyənləşdirilməsi üçün sorğu keçirilib, eləcə də "iPhone" statistikası vasitəsilə sosial şəbəkələrdə orta aktivlik vaxtı ölçülüb.
Məlumata görə, sonra tələbələr iki qrupa bölünüb. Yoxlama xarakterli olan birinci qrupda könüllülər tərəfindən sosial şəbəkələrə əvvəllər olduğu kimi, eyni vaxt ayrılıb. İkinci – eksperimental qrupun üzvləri sosial şəbəkələrin hər birinə gündə 10 dəqiqə sərf ediblər. Eksperiment üç həftə davam edib.
Yekunda psixoloqlar tələbələr üçün yeddi göstəricidən ibarət xüsusi anket hazırlayıblar: sosial dəstək, ətraf insanlardan təcrid olmaq qorxusu, tənhalıq, narahatlıq, depressiya, özünə qiymətvermə və özünü qəbuletmə.
Nəticədə məlum olub ki, tənhalıq və depressiya bilavasitə sosial şəbəkələrdə keçirilən vaxtdan asılıdır. Bundan başqa, eksperimental qrupun üzvlərində yoxlama qrupu ilə müqayisədə daha az depressiya simptomları aşkarlanıb.
Bununla belə, psixoloqlar hələlik eksperimentdə iştirak etməyən digər yaş qrupları və sosial şəbəkələr arasında paralellər aparmağa hazır deyillər.
Nizam Nuriyev
Baxış sayı: 362
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet