12px13px15px17px
Tarix:12/11/18

“Apple” şirkəti “MacBook Pro 13” və “iPhone X” qurğularında aşkar edilmiş nasazlıqlar haqda məlumat verib

“Apple” şirkəti “MacBook Pro 13” noutbukları və “iPhone X” smartfonlarında aşkar edilmiş bir sıra nasazlıq və qüsurlar haqda məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bəzi “iPhone X” smartfonlarında ekran komponentinin sıradan çıxmasına görə sensor ekranla bağlı problemlər yarana bilər. İstehsalçının məlumatına görə, smartfonlar toxunuşa reaksiya verməyə bilər və ya əksinə, toxunuş olmadan əməliyyatlar edə bilər. Şirkətin bəyanatına görə, bu problemlərlə rastlaşmış “iPhone X” qurğularının sahibləri ekranı pulsuz dəyişdirə bilərlər.
 
Bundan başqa, “Apple” şirkəti 2017-ci ilin iyulundan 2018-ci ilin iyununadək satılmış bəzi “MacBook Pro 13” noutbuklarında məlumat itkisi və sərt diskin işində nasazlıq haqda məlumat verib. Şirkət bu qurğuların sahiblərinə problemlərin aradan qaldırılması üçün “Apple”ın xidmət mərkəzlərinə müraciət etməyi tövsiyə edib.
 
Emil Hüseynov





Baxış sayı: 427

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024