12px13px15px17px
Tarix:14/11/18

Qlobal rəqəmli transformasiya xərcləri 2 trilyon dollara yaxınlaşacaq

“IDC”-nin analitikləri biznes, istehsal və təşkilatların rəqəmli transformasiyası üçün lazımi texnologiya və xidmətlərə xərclərin artımını proqnozlaşdırır. Gözləntilərə görə, 2017-2022-ci illərdə bu istiqamət üzrə xərclər orta hesabla 16,7% artacaq və müddətin sonuna yaxın 2 trilyon ABŞ dollarına yaxınlaşacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər hesab edirlər ki, 2020-ci ilədək dünyanın 2000 ən böyük ictimai əhəmiyyətli şirkətinin 30%-i illik gəlirinin ən azı 10%-ni rəqəmləşdirmə üzrə proqramların maliyyələşdirilməsinə ayıracaq.
 
2019-cu ildə rəqəmli transformasiya üzrə qlobal ayırmalar 1,25 trilyon dollar təşkil edəcək. “IDC”-nin proqnozuna görə, bu vəsaitin yarısını, demək olar, 4 sahə təmin edəcək: diskret istehsal (220 milyard dollar), emaledici sənaye (135 milyard dollar), nəqliyyat (116 milyard dollar) və pərakəndə ticarət (98 milyard dollar).
 
Coğrafi baxımdan rəqəmli transformasiya xərcləri üzrə lider ölkələr ABŞ və Çin olacaq, çünki rəqəmli transformasiya xərcləri üzrə ümumi məbləğin 50%-dən çoxunu bu 2 ölkə təmin edəcək.
 
Emil Hüseynov





Baxış sayı: 442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024