12px13px15px17px
Tarix:14/11/18

“Apple” öz kompüterlərini kənar təmir cəhdlərindən qoruyub

“Apple” şirkətinin  istehsalı olan ən yeni kompüter modellərində qurulmuş “T2” soprosessoru bəzi hallarda texnikanı sərbəst təmir etmək cəhdlərinin qarşısını alır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, “MacBook” noutbuku, “iMac” və “Mac mini” kompüterlərində sistem lövhəsi və barmaq izi skanerinin təmiri vaxtı problem yarana bilər.
 
“Apple T2” – şirkətin öz istehsalı olan xüsusi əlavə prosessordur. “MacBook Pro”, “MacBook Air” noutbukları və “iMac” kompüterlərində bu əlavə prosessor “Touch ID” barmaq izi skanerinin işinə, həmçinin istifadəçi məlumatlarının təhlükəsizliyinə cavabdehdir.
 
Emil Hüseynov





Baxış sayı: 373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024