12px13px15px17px
Tarix:15/11/18

Atəşdən sonra polis çağıran tapança yaradılıb

“Axon” şirkəti “Pulse +” adlı innovativ elektroşok silahı hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, yeni qurğu polisi müstəqil çağıracaq. Bu isə atəş açılandan sonra baş verəcək.

Məlumata görə, silahdan istifadə zamanı onu istifadəçi smartfonu ilə sinxronlaşdırmaq tələb olunur. Atəş zamanı qurğu smartfonun polislə əlaqə yaratması və xilasetmə xidmətinə istifadəçinin olduğu yer haqqında geolokasiya məlumatlarının göndərilməsi üçün siqnal ötürəcək.

Bildirilir ki, elektroşok silahının hədəfi vurma radiusu 4,5 metr təşkil edir. İlkin modelin qiyməti 449 dollara bərabərdir. İstehsalçı şirkət atəşdən sonra hadisə yerində qalan silahın yenisi ilə əvəzlənməsinə zəmanət verir.

Nizam Nuriyev





Baxış sayı: 573

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024