12px13px15px17px
Tarix:15/11/18

Bu robot Sinqapurda keçirilən “ASEAN” sammitində əlavə təhlükəsizliyi təmin edib

Sinqapurda keçirilən “ASEAN 2018” sammitində 360 dərəcə fırlana bilən kameraya malik və yanıb-sönən işıqlarla təchiz edilmiş avtonom işləyən robot patrul çəkib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, 4 təkər üzərində hərəkət edən 1,5 metr hündürlüyündə olan kiçik ağ rəngli robot konferens-mərkəzin perimetri üzrə hərəkət edərək dünya liderlərinin görüşündə əlavə təhlükəsizliyi təmin edib.
 
Məlumata görə, bu adsız robot Sinqapur polisi tərəfindən hazırlanmış prototipdir. Robot patrul çəkdiyi yerin 360 dərəcəlik təsvirini ötürə bilir və öncədən müəyyənləşdirilmiş marşrut üzrə sərbəst hərəkət edə, həmçinin maneələri keçə bilir.
 
Emil Hüseynov





Baxış sayı: 285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024