12px13px15px17px
Tarix:19/11/18

Çin “Beidou” naviqasiya sisteminin yaradılmasını başa çatdırıb

Çin göyərtəsində iki “Beidou-3” naviqasiya peyki olan “Changzheng” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirərək “Beidou” qlobal naviqasiya sisteminin yaradılmasını tamamlayıb. Bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) məlumatında deyilir. 

“ICTnews” Elektron Xəbər Xidməti “ RİA Novosti” resursuna istinadən yazır ki, orbitə üç saat sonra çıxan peyklər bundan əvvəl buraxılan “Beidou-3” seriyasına aid digər 17 peyklə birgə fəaliyyət göstərəcək. Bu, “Beidou-3” qlobal naviqasiya sistemində say etibarilə 42-ci və 43-cü peyk olub.

Məlumata görə, Çin hakimiyyəti ilin sonunadək “Beidou-3” layihəsi üçün orbitə peyklərin çıxarılması üzrə “18+1” planını həyata keçirməyi qarşıya məqsəd qoyub: orta yerətrafı orbitə 18, geostasionar orbitə isə 1 peyk buraxılmalı idi. Noyabrın 2-də “Beidou-3” layihəsinin geostasionar orbitdə işləyəcək 17-ci peyki buraxılıb.

“Beləliklə, Çin “Beidou” sisteminin qlobal naviqasiya baza şəbəkəsinin yaradılması üzrə vəzifəni uğurla yerinə yetirib. Bu, “Beidou”nun daxili sistemdən beynəlxalq sistemə keçidində əsas addım olub. İlin sonunadək sistem fəaliyyətə başlayacaq və “Bir Kəmər – Bir Yol” layihəsinin ölkə və regionlarına əsas naviqasiya xidmətləri göstərməyə başlayacaq”, - korporasiyanın məlumatında qeyd olunur.

Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” regional peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır. Bu baş verəcəyi halda sistemdən bütün dünyada istifadə mümkün olacaq.

Nizam Nuriyev





Baxış sayı: 205

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020