12px13px15px17px
Tarix:24/11/18

İlk “3D” çap edilmiş elektrik motosiklet təqdim olunub

Almaniyanın "BigRep" şirkəti üçölçülü printerdə çap edilən "Nera" adlı dünyanın ilk elektrik motosiklet prototipini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, şirkət nəzdində fəaliyyət göstərən "Nowlab" laboratoriyasının mütəxəssisləri tərəfindən layihələndirilən motosikletin ölçüləri 190 x 90 x 55 santimetr təşkil edir.

Məlumata görə, elektronika istisna olmaqla motosiklet bütövlükdə "3D" çap üsulu vasitəsilə istehsal olunub: məsələn, xüsusi protektorlara malik şinlər, rombabənzər təkər diskləri, rama, oturacaqlar.

Bu, dünyada "3D" printerdə çap edilən ilk elektrik motosiklet prototipi hesab edilir və hazırda onun seriyalı istehsalı barədə məlumat verilmir.  

Nizam Nuriyev
 






Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024