12px13px15px17px
Tarix:27/11/18

2024-cü ildə planet əhalisinin 40%-i “5G” şəbəkəsindən istifadə edəcək

Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış “Ericsson”  şirkətinin proqnozuna görə, 2024-cü ildə dünyada beşinci nəsil (5G) şəbəkələrinə qoşulmaların sayı 1,5 milyarda yaxınlaşacaq və bu, planet əhalisinin 40%-ni əhatə edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndəsi bildirib ki, Avropada “5G” şəbəkələrinin kommersiya istifadəsi 2019-cu ildə əlçatan olacaq. ABŞ-ın nəhəng operatorları artıq 2018-ci ildə belə xidmətləri təklif etməyə başlaya bilər. 2020-ci ildən etibarən isə sözügedən texnologiyanın qlobal tətbiqi gözlənilir.
 
“Ericsson” şirkətinin hesabatına əsasən, 2024-cü ilin sonunda dünyada mobil şəbəkələrə qoşulmaların sayı 8,9 milyard olacaq. Bildirək ki, 2018-ci ilin sonuna 5 milyard belə qoşulma gözlənilir.  Yeni mobil rabitə texnologiyası məlumatların ötürülmə sürətini yüksəldəcək.
 
Emil Hüseynov





Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024