Tarix:27/11/18
– Sahibə xanım, uğurunuzla bir ilkə imza atdınız. Qalibiyyətə aparan yolda hansı mərhələləri keçməli oldunuz?
– Bəli, bu hadisə ölkəmizin ilk nailiyyətidir. Azərbaycan nümayəndəsi ilk dəfə olaraq BTİ-nin seçkili qurumunda üzv seçilib. Bu, ilk növbədə, ölkə başçımızın apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Komitəyə mənim namizədliyimi təklif etdiklərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Mənim üçün qürurvericidir ki, ölkəmin adını yüksəklərə qaldırmaqda, az da olsa, iştirakım var.
Demək olar, 2 ilə yaxındır ki, bu seçkilərə mütəmadi hazırlıq işləri aparılırdı. Cənab nazir Ramin Quluzadə şəxsən həm Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına, həm də Radio Tənzimləmə Komitəsinə (RTK) seçkiləri qazanmağımız üçün aparılan hazırlıq prosesinə xüsusi diqqət yetirirdi. Bir məqamı qeyd edim ki, bu məqsədlə işçi qrupun yaradılması haqqında nazirimizin imzaladığı əmrdə "müsbət nəticə əldə edilməsi məqsədilə" vəzifəsi qeyd olunmuşdu, yəni gözləntilər yalnız bu idi. Odur ki, məsuliyyətimiz çox yüksək idi.
Nazirliyin rəhbərliyi tərəfindən təbliğatın aparılması üçün hərtərəfli dəstək göstərildi. Dünyanın müxtəlif regionlarında Səlahiyyətli Konfransa hazırlıq iclaslarında və BTİ-nin digər yüksək səviyyəli iclaslarında iştirakım təmin edilirdi. Regional iclaslar təbliğatın aparılmasında və özümü tanıtmaqda mühüm rol oynamışdı. Bu iclaslarda namizədliklə bağlı təqdimat (çıxış) üçün vaxt ayrılırdı və bu müddət ərzində mən qısa olaraq Azərbaycan, ölkədə İKT sahəsinin inkişafı, özüm və təcrübəm barədə məlumat verirdim. Qeyd edim ki, bu iclaslara digər namizədlər də qatıldığı üçün belə çıxışlarda müsbət təəssürat yaratmaq çox vacib idi.
Mənim namizəd olduğum BTİ-nin C regionu, yəni Şərqi Avropa və Şimali Asiya regionu üzrə 2 yerə 4 namizəd vardı. Azərbaycandan savayı, Rusiya, Qazaxıstan və Ukrayna nümayəndələri bu Komitəyə namizəd idilər. Ukraynalı namizəd Komitənin hazırda üzvü idi və mövcud təcrübəyə əsasən, ikinci müddətə seçilməyə şansı çox yüksək idi. Rusiya siyasi olaraq dünyada güclü ölkələrdən biri sayılır və namizədləri bu səbəbdən də daim müsbət nəticə göstərirlər. Qazaxıstan nümayəndəsi isə artıq ikinci dəfə idi ki, belə seçkilərə qatılırdı, yəni müəyyən seçki təcrübəsi var idi. Mən isə seçkilərə ilk dəfə qatılmış və onlarla rəqabət aparan yeganə qadın idim.
Ancaq bütün bu qeyd olunanlara baxmayaraq, seçkilərdə nəticə göstərmək nə qədər çətin olsa da, biz buna nail ola bildik. Ölkəmizin, nazirliyin rəhbərliyinin dəstəyi sayəsində Ukraynadan olan namizəddən 2 dəfə və Qazaxıstandan olan namizəddən 3 dəfə çox, hətta onların birlikdə səslərinin cəmindən çox səs toplayaraq seçkilərdə 115 səslə qalib oldum. Bu, ölkəmiz və mənim üçün böyük uğurdur.
– Seçildiyiniz Radio Tənzimləmə Komitəsinin fəaliyyəti nədən ibarətdir?
– Radio Tənzimləmə Komitəsinin 12 üzvü var, BTİ-nin 193 üzv dövlətdən
yalnız 12-nin nümayəndəsi bu Komitəyə seçilir. Bu üzvlər BTİ-nin Səlahiyyətli Konfransında 4 illik müddətə seçilirlər. Komitənin iclasları il ərzində 4 dəfə keçirilir.
Komitə radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan Radio Reqlamentinin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən, radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiq edir, bu sahədə BTİ-yə üzv olan administrasiyalar arasında olan mübahisəli məsələlər barədə qərarlar verir. Komitənin verdiyi qərarlar gizli səsvermə ilə ən azı 3-dən 2 səs çoxluğu ilə qəbul edilir.
Belə bir mühüm qurumun tərkibində təmsil olunmaq böyük məsuliyyət və şərəfdir. Mən də çalışacağam ki, öz fəaliyyətimdə bütün bilik və bacarığımı sərf edim, düzgün qərarların qəbul olunmasına töhfəmi verim.
– Komitədə təmsilçiliyin Azərbaycana hansı faydaları olacaq?
– Artıq Komitənin iclaslarında Azərbaycan tərəfi qərar verən tərəf kimi iştirak edəcək. BTİ-yə üzv olan 193 ölkənin yeni peyk tezliklərinin ayrılmasının təsdiqlənməsi, tezlik maneələri barədə mübahisəli məsələlərdə qərar verən bir tərəf kimi, bu Komitədə səlahiyyətlərimiz olacaq. Bu da göstərir ki, digər ölkələrin Azərbaycana olan diqqət və marağı daha da artacaq. Radio Tənzimləmə Komitəsinin iclaslarında müzakirə ediləcək məsələlərdən Azərbaycan Respublikası məlumatlı olacaq və digər ölkələr tərəfindən Azərbaycan Respublikasının peyk tezlikləri barədə müraciət olarsa, müzakirələrdə iştirak edəcək və Azərbaycanın mövqeyinin dəstəklənməsinə nail olacağıq.
Bilirsiniz ki, ölkəmizin kosmik sənayenin inkişafı üzrə dövlət siyasəti və müvafiq təsdiq olunmuş sənədləri var. Dünyada yaxın gələcəkdə yeni "5G" mobil texnologiyasının tətbiqinə başlanacaq. "Əşyalar İnterneti" kimi yeni inkişaf sahəsi və həyatımızın tərkib hissəsinə çevriləcək vasitələr və texnologiyalar inkişaf etməkdədir. Bütün bunlarda tezliklər, orbital mövqelər kimi məsələlər mühüm rol oynayır.
Bu sahədə Azərbaycana aid və dövlətimizin maraqlarında olan bütün məsələlərin müsbət həll olunmasına nail olmaq üçün əlimdən gələni edəcəyəm.
Düzdür, bu Komitədə təmsil olunmağımın bəzi məqamları da vardır ki, maraqların toqquşması baş verməsin. Məsələn, 2019-cu ilin noyabr ayında keçiriləcək Ümumdünya Radiorabitə Konfransında (ÜRK-19) mən BTİ-nin əməkdaşı kimi iştirak etməli və mövqe bildirməli olacağam, Azərbaycanı təmsil etmək səlahiyyətim olmayacaq. Ancaq "ÜRK-19" zamanı Azərbaycan nümayəndələrinə lazım olan bütün dəstəyi göstərəcəyəm.
– Deyirlər, müvəffəqiyyət səyahətdir, təyinat nöqtəsi deyil. Çıxdığınız bu səyahətdə növbəti hədəfləriniz nə olacaq?
– İlk olaraq bildirim ki, bu, çox böyük məsuliyyətdir. Komitədə ilk Azərbaycan təmsilçisi olmağım mənim öz bilik və bacarıqlarımı tam nümayiş etdirməyi və bu istiqamətdə səriştəmin daim artırılması üzrə işləməyimi tələb edir. Ancaq indiyədək BTİ ilə əməkdaşlığımın təcrübəsi buna nail ola biləcəyimə əminliyə əsas verir.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə Azərbaycandan ilk olaraq BTİ-nin Radiorabitə Bürosunun "Peyk tədqiqatları" işçi qrupunun sədr müavini oldum və hazırda da həmin qrupun sədr müaviniyəm. Eyni zamanda, 2016-cı ildən Azərbaycandan ilk olaraq Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Tezlik işçi qrupunun üzvüyəm. Bu qeyd etdiklərimdə Azərbaycanın ilk nümayəndəsi olaraq yer tutmuşam. Hazırda da ilk olaraq RTK-nə üzv seçildim. Mən çalışacağam ki, Azərbaycan dövlətinin, nazirliyimizin etimadını doğruldum və ölkəm üçün ilkləri qazanmağa gələcəkdə də nail olum.
İlk növbədə mən qarşıdakı 4 ildə RTK üzvü kimi ölkəmiz üçün faydalı olaraq çalışacağam, həmçinin bu seçkilərdə uğur qazanmağım üçün mənə səs verən 115 ölkənin etimadını doğrultmağa çalışacağam. Əlbəttə ki dövlətimizin dəstəyi ilə 4 ildən sonrakı seçkilərdə yenidən RTK-nə namizədliyimi düşünür və qalib olmaq üçün əzmlə səy göstərəcəyimə inanıram.
Həqiqət İSABALAYEVA
Sahibə Həsənova: “Beynəlxalq Telekommunikasiya İttifaqının Komitəsinə üzvlük yolunda müsbət nəticə əldə edilməsi məqsədi qarşımıza qoyulmuşdu”
Artıq başa çatmaqda olan 2018-ci il ölkəmizin İKT sahəsi üzrə beynəlxalq aləmdə qazandığı uğurlarla əlamətdardır. İlk dəfədir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radio Tənzimləmə Komitəsinə Azərbaycandan üzv seçilib. Müsahibimiz, ölkəmizə bu uğuru qazandıran radiorabitə sahəsində ixtisaslı mühəndis, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin əməkdaşı Sahibə Həsənovadır.– Sahibə xanım, uğurunuzla bir ilkə imza atdınız. Qalibiyyətə aparan yolda hansı mərhələləri keçməli oldunuz?
– Bəli, bu hadisə ölkəmizin ilk nailiyyətidir. Azərbaycan nümayəndəsi ilk dəfə olaraq BTİ-nin seçkili qurumunda üzv seçilib. Bu, ilk növbədə, ölkə başçımızın apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Komitəyə mənim namizədliyimi təklif etdiklərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Mənim üçün qürurvericidir ki, ölkəmin adını yüksəklərə qaldırmaqda, az da olsa, iştirakım var.
Demək olar, 2 ilə yaxındır ki, bu seçkilərə mütəmadi hazırlıq işləri aparılırdı. Cənab nazir Ramin Quluzadə şəxsən həm Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına, həm də Radio Tənzimləmə Komitəsinə (RTK) seçkiləri qazanmağımız üçün aparılan hazırlıq prosesinə xüsusi diqqət yetirirdi. Bir məqamı qeyd edim ki, bu məqsədlə işçi qrupun yaradılması haqqında nazirimizin imzaladığı əmrdə "müsbət nəticə əldə edilməsi məqsədilə" vəzifəsi qeyd olunmuşdu, yəni gözləntilər yalnız bu idi. Odur ki, məsuliyyətimiz çox yüksək idi.
Nazirliyin rəhbərliyi tərəfindən təbliğatın aparılması üçün hərtərəfli dəstək göstərildi. Dünyanın müxtəlif regionlarında Səlahiyyətli Konfransa hazırlıq iclaslarında və BTİ-nin digər yüksək səviyyəli iclaslarında iştirakım təmin edilirdi. Regional iclaslar təbliğatın aparılmasında və özümü tanıtmaqda mühüm rol oynamışdı. Bu iclaslarda namizədliklə bağlı təqdimat (çıxış) üçün vaxt ayrılırdı və bu müddət ərzində mən qısa olaraq Azərbaycan, ölkədə İKT sahəsinin inkişafı, özüm və təcrübəm barədə məlumat verirdim. Qeyd edim ki, bu iclaslara digər namizədlər də qatıldığı üçün belə çıxışlarda müsbət təəssürat yaratmaq çox vacib idi.
Mənim namizəd olduğum BTİ-nin C regionu, yəni Şərqi Avropa və Şimali Asiya regionu üzrə 2 yerə 4 namizəd vardı. Azərbaycandan savayı, Rusiya, Qazaxıstan və Ukrayna nümayəndələri bu Komitəyə namizəd idilər. Ukraynalı namizəd Komitənin hazırda üzvü idi və mövcud təcrübəyə əsasən, ikinci müddətə seçilməyə şansı çox yüksək idi. Rusiya siyasi olaraq dünyada güclü ölkələrdən biri sayılır və namizədləri bu səbəbdən də daim müsbət nəticə göstərirlər. Qazaxıstan nümayəndəsi isə artıq ikinci dəfə idi ki, belə seçkilərə qatılırdı, yəni müəyyən seçki təcrübəsi var idi. Mən isə seçkilərə ilk dəfə qatılmış və onlarla rəqabət aparan yeganə qadın idim.
Ancaq bütün bu qeyd olunanlara baxmayaraq, seçkilərdə nəticə göstərmək nə qədər çətin olsa da, biz buna nail ola bildik. Ölkəmizin, nazirliyin rəhbərliyinin dəstəyi sayəsində Ukraynadan olan namizəddən 2 dəfə və Qazaxıstandan olan namizəddən 3 dəfə çox, hətta onların birlikdə səslərinin cəmindən çox səs toplayaraq seçkilərdə 115 səslə qalib oldum. Bu, ölkəmiz və mənim üçün böyük uğurdur.
– Seçildiyiniz Radio Tənzimləmə Komitəsinin fəaliyyəti nədən ibarətdir?
– Radio Tənzimləmə Komitəsinin 12 üzvü var, BTİ-nin 193 üzv dövlətdən
yalnız 12-nin nümayəndəsi bu Komitəyə seçilir. Bu üzvlər BTİ-nin Səlahiyyətli Konfransında 4 illik müddətə seçilirlər. Komitənin iclasları il ərzində 4 dəfə keçirilir.
Komitə radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan Radio Reqlamentinin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən, radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiq edir, bu sahədə BTİ-yə üzv olan administrasiyalar arasında olan mübahisəli məsələlər barədə qərarlar verir. Komitənin verdiyi qərarlar gizli səsvermə ilə ən azı 3-dən 2 səs çoxluğu ilə qəbul edilir.
Belə bir mühüm qurumun tərkibində təmsil olunmaq böyük məsuliyyət və şərəfdir. Mən də çalışacağam ki, öz fəaliyyətimdə bütün bilik və bacarığımı sərf edim, düzgün qərarların qəbul olunmasına töhfəmi verim.
– Komitədə təmsilçiliyin Azərbaycana hansı faydaları olacaq?
– Artıq Komitənin iclaslarında Azərbaycan tərəfi qərar verən tərəf kimi iştirak edəcək. BTİ-yə üzv olan 193 ölkənin yeni peyk tezliklərinin ayrılmasının təsdiqlənməsi, tezlik maneələri barədə mübahisəli məsələlərdə qərar verən bir tərəf kimi, bu Komitədə səlahiyyətlərimiz olacaq. Bu da göstərir ki, digər ölkələrin Azərbaycana olan diqqət və marağı daha da artacaq. Radio Tənzimləmə Komitəsinin iclaslarında müzakirə ediləcək məsələlərdən Azərbaycan Respublikası məlumatlı olacaq və digər ölkələr tərəfindən Azərbaycan Respublikasının peyk tezlikləri barədə müraciət olarsa, müzakirələrdə iştirak edəcək və Azərbaycanın mövqeyinin dəstəklənməsinə nail olacağıq.
Bilirsiniz ki, ölkəmizin kosmik sənayenin inkişafı üzrə dövlət siyasəti və müvafiq təsdiq olunmuş sənədləri var. Dünyada yaxın gələcəkdə yeni "5G" mobil texnologiyasının tətbiqinə başlanacaq. "Əşyalar İnterneti" kimi yeni inkişaf sahəsi və həyatımızın tərkib hissəsinə çevriləcək vasitələr və texnologiyalar inkişaf etməkdədir. Bütün bunlarda tezliklər, orbital mövqelər kimi məsələlər mühüm rol oynayır.
Bu sahədə Azərbaycana aid və dövlətimizin maraqlarında olan bütün məsələlərin müsbət həll olunmasına nail olmaq üçün əlimdən gələni edəcəyəm.
Düzdür, bu Komitədə təmsil olunmağımın bəzi məqamları da vardır ki, maraqların toqquşması baş verməsin. Məsələn, 2019-cu ilin noyabr ayında keçiriləcək Ümumdünya Radiorabitə Konfransında (ÜRK-19) mən BTİ-nin əməkdaşı kimi iştirak etməli və mövqe bildirməli olacağam, Azərbaycanı təmsil etmək səlahiyyətim olmayacaq. Ancaq "ÜRK-19" zamanı Azərbaycan nümayəndələrinə lazım olan bütün dəstəyi göstərəcəyəm.
– Deyirlər, müvəffəqiyyət səyahətdir, təyinat nöqtəsi deyil. Çıxdığınız bu səyahətdə növbəti hədəfləriniz nə olacaq?
– İlk olaraq bildirim ki, bu, çox böyük məsuliyyətdir. Komitədə ilk Azərbaycan təmsilçisi olmağım mənim öz bilik və bacarıqlarımı tam nümayiş etdirməyi və bu istiqamətdə səriştəmin daim artırılması üzrə işləməyimi tələb edir. Ancaq indiyədək BTİ ilə əməkdaşlığımın təcrübəsi buna nail ola biləcəyimə əminliyə əsas verir.
Məlumat üçün bildirirəm ki, 2015-ci ildə Azərbaycandan ilk olaraq BTİ-nin Radiorabitə Bürosunun "Peyk tədqiqatları" işçi qrupunun sədr müavini oldum və hazırda da həmin qrupun sədr müaviniyəm. Eyni zamanda, 2016-cı ildən Azərbaycandan ilk olaraq Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Tezlik işçi qrupunun üzvüyəm. Bu qeyd etdiklərimdə Azərbaycanın ilk nümayəndəsi olaraq yer tutmuşam. Hazırda da ilk olaraq RTK-nə üzv seçildim. Mən çalışacağam ki, Azərbaycan dövlətinin, nazirliyimizin etimadını doğruldum və ölkəm üçün ilkləri qazanmağa gələcəkdə də nail olum.
İlk növbədə mən qarşıdakı 4 ildə RTK üzvü kimi ölkəmiz üçün faydalı olaraq çalışacağam, həmçinin bu seçkilərdə uğur qazanmağım üçün mənə səs verən 115 ölkənin etimadını doğrultmağa çalışacağam. Əlbəttə ki dövlətimizin dəstəyi ilə 4 ildən sonrakı seçkilərdə yenidən RTK-nə namizədliyimi düşünür və qalib olmaq üçün əzmlə səy göstərəcəyimə inanıram.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1177
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet