Tarix:28/11/18
“LeoSat Networks” operatoru 78-dən 108-dək kiçik peyki kosmosa çıxarmağa hazırlaşır. Ənənəvi telekommunikasiya kosmik aparatlarından fərqli olaraq kiçik peyklər 25 dəfə aşağı hündürlükdə yerləşdiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, peyklər orbitdə öz aralarında əlaqə quraraq vahid sinxronlaşdırılmış şəbəkə yaradacaqlar.
Peyklər arasında informasiya ötürülməsi lazerlərin köməyi ilə həyata keçiriləcək. Bu, kabel interfeysləri ilə müqayisədə 1,5 dəfə daha sürətlidir.
Layihə müəlliflərinin Mark Zukerberq və ya Elon Mask kimi dünyanın internetlə təmin edilməsi ilə bağlı hədəfləri yoxdur. Bu kommersiya layihəsidir: hətta Yer kürəsi ilə əlaqə qurulmasında yaşanan çətinliklər vaxtı məlumatların ötürülməsi üçün heç bir ləngimə olmadan maksimum geniş kanal təmin etməlidir. Banklar, fond birjaları, tədqiqat mərkəzləri potensial müştərilərdir.
Emil Hüseynov
Startap “5G” internetlə təmin edən peyklərin işə salınmasına icazə alıb
ABŞ Federal Rabitə Komissiyası “LeoSat” startapı tərəfindən təklif edilmiş “5G” peyklərdən ibarət "bürclər"in işə salınması planının reallaşdırılmasına icazə verib. Operator biznes və elmi təşkilatların sabit “5G” siqnalla təmininə söz verir.“LeoSat Networks” operatoru 78-dən 108-dək kiçik peyki kosmosa çıxarmağa hazırlaşır. Ənənəvi telekommunikasiya kosmik aparatlarından fərqli olaraq kiçik peyklər 25 dəfə aşağı hündürlükdə yerləşdiriləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, peyklər orbitdə öz aralarında əlaqə quraraq vahid sinxronlaşdırılmış şəbəkə yaradacaqlar.
Peyklər arasında informasiya ötürülməsi lazerlərin köməyi ilə həyata keçiriləcək. Bu, kabel interfeysləri ilə müqayisədə 1,5 dəfə daha sürətlidir.
Layihə müəlliflərinin Mark Zukerberq və ya Elon Mask kimi dünyanın internetlə təmin edilməsi ilə bağlı hədəfləri yoxdur. Bu kommersiya layihəsidir: hətta Yer kürəsi ilə əlaqə qurulmasında yaşanan çətinliklər vaxtı məlumatların ötürülməsi üçün heç bir ləngimə olmadan maksimum geniş kanal təmin etməlidir. Banklar, fond birjaları, tədqiqat mərkəzləri potensial müştərilərdir.
Emil Hüseynov
Baxış sayı: 527
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet