12px13px15px17px
Tarix:28/11/18

Süni intellektə malik pilotsuz təyyarələr meşələr salacaq

Yanğınlar nəticəsində məhv olmuş meşələrin bərpa edilməsi problemi dünyanın bir çox regionları üçün aktualdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, 2015-ci ildə təsis edilmiş “DroneSeed” şirkəti tərəfindən hazırlanmış texnologiya insanların iştirakı olmadan ağaclar əkməyə imkan verəcək.
 
Startap tərəfindən hazırlanmış “DroneSeed” pilotsuz kvadrokopteri ərazinin üçölçülü xəritəsini hazırlamağa imkan verəcək lidar, həmçinin torpaq və bitkinin xüsusiyyətlərini təhlil edən multispektral kamera ilə təchiz edilib. Bu məlumatlar əsasında süni intellektlə işləyən alqoritm yeni əkiləcək ağaclar üçün lazımi yeri müəyyənləşdirir.
 
Emil Hüseynov





Baxış sayı: 474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024