Tarix:29/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, söhbət simsiz şəbəkənin sürətini yüksəltmək üçün müxtəlif otaqlara yerləşdirilən qurğulardan gedir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, sistemin effektivliyi artıq tam sübut edilib.
Şirkət təmsilçiləri bildirib ki, hətta ən bahalı və güclü müasir simsiz marşrutlayıcılar bəzən siqnalı qalın divarların içindən ötürə bilmir, eləcə də “Wi-Fi” siqnalının yayılmasına əngəl olan digər maneələr qarşısında aciz qalırlar. “Bu səbəbdən ev “Wi-Fi” şəbəkəsinin işində müəyyən nasazlıqlar yaranır”, – onlar vurğulayıb.
Məlumata görə, bütün bu problemləri həll etməyə imkan verən “Full Wi-Fi” sistemi təkcə qoşulma sürətini artırmır, eyni zamanda onu daha stabil edir.
Nizam Nuriyev
“Full Wi-Fi” sistemi “Wi-Fi” şəbəkəsinin sürətini 25 faiz artıracaq
Britaniya startapı evdə quraşdırılan simsiz şəbəkələrin sürətini artıran həll təqdim edib. “Ağıllı disk”lərə əsaslanan “Full Wi-Fi” sistemi “Wi-Fi” şəbəkəsinin sürətini təxminən 25 faiz artırmağa imkan verəcək.“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, söhbət simsiz şəbəkənin sürətini yüksəltmək üçün müxtəlif otaqlara yerləşdirilən qurğulardan gedir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, sistemin effektivliyi artıq tam sübut edilib.
Şirkət təmsilçiləri bildirib ki, hətta ən bahalı və güclü müasir simsiz marşrutlayıcılar bəzən siqnalı qalın divarların içindən ötürə bilmir, eləcə də “Wi-Fi” siqnalının yayılmasına əngəl olan digər maneələr qarşısında aciz qalırlar. “Bu səbəbdən ev “Wi-Fi” şəbəkəsinin işində müəyyən nasazlıqlar yaranır”, – onlar vurğulayıb.
Məlumata görə, bütün bu problemləri həll etməyə imkan verən “Full Wi-Fi” sistemi təkcə qoşulma sürətini artırmır, eyni zamanda onu daha stabil edir.
Nizam Nuriyev
Baxış sayı: 465
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet