12px13px15px17px
Tarix:30/11/18

Ən dəqiq atom saatı qravitasiya dalğalarını tutur

ABŞ Milli Standartlar və Texnologiya (NIST) İnstitutunun fiziklərinin yaratdığı atom saatı qravitasiya dalğalarını tutması ilə seçilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, yeni atom saatı modifikasiyasında “NIST” tədqiqatçıları Kelvin şkalası üzrə sıfıra yaxın temperaturadək soyudulmuş itterbium atomlarının optik qəfəslərindən istifadə ediblər. Optik qəfəs atomları hərəkətsiz saxlayır, lazerlər isə iki enerji vəziyyəti arasında yerini dəyişməklə sonradan atomların dəyişən elektronlarını oyadır. Yeni qurğunun dəqiqliyi hətta rəqəmli saatların dəqiqliyini üstələməklə ona təxminən 15 milyard il səhvsiz işləməyə imkan verir.

Məlumata görə, atom saatları vaxt tərəddüdlərinin aşkarlanması və ölçülməsi üçün istifadə olunur. Nisbi sürət güclü qravitasiya kimi vaxtı yubadır. Lakin atom saatları zəif qravitasiya dalğalarını aşkarlaya bilir. Bundan başqa, atom saatlarının tünd materiyaya təsiri nəzəriyyəsində onlar minimal saniyəlik sürətlənə və ya zəifləyə bilirlər. Sinxronlaşdırılmış atom saatı vaxtın bütün kənar uyğunsuzluqlarını vaxtın ölçülməsi üçün adi cihazlardan daha yaxşı izləyir.

Nizam Nuriyev





Baxış sayı: 350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024