12px13px15px17px
Tarix:03/12/18

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi komunikasiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovu qəbul edib.

 

Konstantin Noskov Bakıda keçirilən XXIV "Bakutel" Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. O, bu tədbirə paralel olaraq Bakıda Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin görüşü barədə məlumat verdi. Qonaq qeyd etdi ki, bu görüş və "Bakutel" sərgisi beynəlxalq əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcək. Konstantin Noskov, eyni zamanda, Rusiyanın və Azərbaycanın müvafiq nazirlikləri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, artıq iki ölkənin poçt xidmətlərinin səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini bildirdi və bunun Çindən Azərbaycan vasitəsilə Rusiyaya böyük həcmdə elektron ticarət məhsulların göndərilməsi üçün imkan yaratdığını dedi. Eyni zamanda, qonaq Azərbaycanla Rusiya mobil rabitə operatorları arasında əməkdaşlıqla bağlı danışıqların aparıldığını dedi.

 

Prezident İlham Əliyev Konstantin Noskovun Bakıda keçirilən XXIV "Bakutel" sərgisində iştirakından məmnunluğunu ifadə etdi, eyni zamanda, Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin toplantısının beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Bakıda ənənəvi olaraq keçirilən "Bakutel" tədbirinə beynəlxalq marağın və iştirakçı ölkələrin sayının artdığını qeyd edərək, bu tədbirin telekommunikasiya və texnologiyalar sahəsində əldə olunmuş nailiyyətlərlə yaxından tanışlıq və təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi.

 

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və kütləvi kommunikasiyalar sahəsində uğurla inkişaf etdiyi bildirildi və Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirinin səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

 

Görüşdə iki ölkənin müvafiq qurumları arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.





Baxış sayı: 430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024