Tarix:07/12/18
Bu gün “Azərmarka”nın sərgidəki stendində “Azərbaycan. 1918-2018” və “Mənim Bakım” kitablarının təqdimatı keçirilib.
“Azərbaycan. 1918-2018” marka kitabı bu il ərzində 100 illiyini qeyd etdiyimiz əlamətdar hadisələrə həsr edilib.
“Mənim Bakım” kitabına tanınmış fotoqraf Sənan Ələskərovun fotoları toplanıb. Kitaba Azərbaycan paytaxtının fərqli rakurslarda çəkilmiş fotoları ilə yanaşı, 4 ədəd poçt bloku da daxil edilib.
Mövzu zənginliyi və nəfis tərtibatı ilə seçilən kitablar ölkəmizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, sözügedən kitablar sərginin həm yerli, həm də xarici ziyarətçilərinin böyük marağına səbəb olub.
Məlumat üçün bildirək ki, “Azərmarka” MMC-nin stendində Azərbaycan Demokratik Respublikasının yaranması, Azərbaycan qadınına seçki hüququnun verilməsi, Silahlı Qüvvələrimizin yaranması, Bakının erməni və bolşevik işğalından azad olunması, Dövlət bayrağı, Xalq Cümhuriyyəti Parlamentinin və Azərbaycan poçtunun yaranması kimi hadisələrə həsr olunmuş poçt markaları nümayiş etdirilir. Stenddə, həmçinin, müxtəlif cür filateliya və promo məhsulları təqdim olunur. Nümayişdə fərqli tərtibatlı kəlağayılar, qeyd dəftərləri, maqnitlər, əlfəcinlər, dəftərlər və s.yer alır.
Qeyd edək ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilib.
“BakuTel 2018” sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib
“Azərmarka” MMC “BakuTel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında yeniliklərlə çıxış edib.Bu gün “Azərmarka”nın sərgidəki stendində “Azərbaycan. 1918-2018” və “Mənim Bakım” kitablarının təqdimatı keçirilib.
“Azərbaycan. 1918-2018” marka kitabı bu il ərzində 100 illiyini qeyd etdiyimiz əlamətdar hadisələrə həsr edilib.
“Mənim Bakım” kitabına tanınmış fotoqraf Sənan Ələskərovun fotoları toplanıb. Kitaba Azərbaycan paytaxtının fərqli rakurslarda çəkilmiş fotoları ilə yanaşı, 4 ədəd poçt bloku da daxil edilib.
Mövzu zənginliyi və nəfis tərtibatı ilə seçilən kitablar ölkəmizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.
Təsadüfi deyil ki, sözügedən kitablar sərginin həm yerli, həm də xarici ziyarətçilərinin böyük marağına səbəb olub.
Məlumat üçün bildirək ki, “Azərmarka” MMC-nin stendində Azərbaycan Demokratik Respublikasının yaranması, Azərbaycan qadınına seçki hüququnun verilməsi, Silahlı Qüvvələrimizin yaranması, Bakının erməni və bolşevik işğalından azad olunması, Dövlət bayrağı, Xalq Cümhuriyyəti Parlamentinin və Azərbaycan poçtunun yaranması kimi hadisələrə həsr olunmuş poçt markaları nümayiş etdirilir. Stenddə, həmçinin, müxtəlif cür filateliya və promo məhsulları təqdim olunur. Nümayişdə fərqli tərtibatlı kəlağayılar, qeyd dəftərləri, maqnitlər, əlfəcinlər, dəftərlər və s.yer alır.
Qeyd edək ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilib.
Baxış sayı: 423
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet