12px13px15px17px
Tarix:08/12/18

“Windows 10” sistemli kompüterlər üçün yeni “Qualcomm” prosessoru təqdim olunub

"Qualcomm" şirkəti dekabrın 4-6-da Havay adalarında keçirilən illik "Snapdragon Tech Summit" tədbirində "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlər üçün yeni "Snapdragon 8cx" prosessorunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, o, "Windows 10" sistemli fərdi kompüterlər üçün "Qualcomm" şirkətinin ilk "Snapdragon 850" prosessorunun işini davam etdirəcək. "Snapdragon 850" mahiyyət etibarilə modifikasiya edilmiş "Snapdragon 845" prosessoru olduğu halda yeni çip "Windows 10" əsaslı kompüterlər üçün sıfırdan hazırlanıb.  

"Qualcomm" nümayəndələrinin sözlərinə görə, "Snapdragon 8cx" fərdi kompüterlər üçün 7 nanometrlik texnoloji proses əsasında işləyən ilk platformadır. O, səkkiznüvəli "Qualcomm Kryo 495" mərkəzi prosessoru və "Adreno 680" qrafikası ilə təchiz edilib.

Bundan başqa, "Snapdragon 8cx" fərdi kompüterlər üçün "Quick Charge 4+" sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk platforma olub. Quraşdırılmış "X24 LTE" modemi 2 Qbit/saniyə sürətində məlumat yükləməsini dəstəkləyir. Həmçinin üçüncü nəsil "PCI-E" və ikinci nəsil "USB 3.1" interfeysləri, "Bluetooth 5.0" dəstəklənir. Çip süni intellekt vəzifələrinin yerinə yetirilməsi üçün dördüncü nəsil "Qualcomm AI Engine" çoxnüvəli prosessoru ilə təchiz olunub.

"Qualcomm" tərəfdaşları artıq ilk "Snapdragon 8cx" nümunələrini almağa başlayıb. Yeni prosessorla işləyən ilk qurğuların 2019-cu ilin üçüncü rübündə satışa çıxarılması nəzərdə tutulur.

Nizam Nuriyev





Baxış sayı: 423

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024