12px13px15px17px
Tarix:11/12/18

“Apple” şirkətinin 10 ən populyar smartfon və planşeti açıqlanıb

“AnTuTu” şirkəti bu ilin noyabrı üçün 10 ən populyar “Apple” qurğusunun reytinqini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, siyahıda birinci yeri 99 faiz reytinqli 12,9 düym diaqonallı “iPad Pro” planşeti tutub. İkinci pillədə 98 faiz göstərici ilə 9,7 düymlük “iPad Pro” planşeti, üçüncüdə isə “iPhone SE” (98 faiz) smartfonu qərarlaşıb.  

Məlumata görə, 4-10-cu yerlər altıncı nəsil “iPod Touch” musiqi pleyeri, “iPad Mini 2”, “iPad Air 2” və 10,5 düymlük “iPad Pro” planşet modelləri, eləcə də “iPhone 5s”, “iPhone 6s Plus” və “iPhone 6s” smartfonları arasında bölüşülüb. Onların hamısı 97 faiz nəticə toplayıb.

Maraqlıdır ki, 2018-ci ilin qabaqcıl “iPhone XS” və “XS Max” smartfonlarının 89 faiz, kiçik “iPhone XR” modelinin isə 84 faiz nəticə göstərməsi nəticəsində onlar liderlər onluğuna daxil ola bilməyib.

Nizam Nuriyev





Baxış sayı: 318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024