Tarix:17/12/18
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sürücüsüz işləyən avtobusun hərəkət marşrutu hazırda 1 km-dir, avtobuslar saatda 20 km sürətlə hərəkət edir. Sözügedən avtobuslar lazer sensorlar, çoxlu kamera, GPS naviqator və avtomatik olaraq sürət, əyləc, döngələri müəyyənləşdirən müvafiq avadanlıqla təchiz edilib. Avtobus, həmçinin işıqforun vəziyyətini müəyyənləşdirir.
Yaponiyanın nəqliyyat yollarında sürücüsüz işləyən nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən qanunvericilik yoxdur. Ancaq sınaqlar zamanı avtobus sürücüsü daim öz yerindədir və yoldakı vəziyyəti izləyir, zərurət yarandıqda hər an sükan arxasına keçə bilər.
Sınaqlar 2019-cu ilin martınadək davam edəcək. 2020-ci ilədək isə Yaponiyada sürücüsüz işləyən nəqliyyat vasitələrinin tətbiqinə başlamaq planlaşdırılır.
Emil Hüseynov
Yaponiyada sürücüsüz işləyən sərnişin avtobusları sınaqdan keçirilir
Yaponiyanın Qumma prefekturasında sürücüsüz işləyən sərnişin avtobuslarının real şəraitdə sınaqlarına başlanılıb.“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sürücüsüz işləyən avtobusun hərəkət marşrutu hazırda 1 km-dir, avtobuslar saatda 20 km sürətlə hərəkət edir. Sözügedən avtobuslar lazer sensorlar, çoxlu kamera, GPS naviqator və avtomatik olaraq sürət, əyləc, döngələri müəyyənləşdirən müvafiq avadanlıqla təchiz edilib. Avtobus, həmçinin işıqforun vəziyyətini müəyyənləşdirir.
Yaponiyanın nəqliyyat yollarında sürücüsüz işləyən nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən qanunvericilik yoxdur. Ancaq sınaqlar zamanı avtobus sürücüsü daim öz yerindədir və yoldakı vəziyyəti izləyir, zərurət yarandıqda hər an sükan arxasına keçə bilər.
Sınaqlar 2019-cu ilin martınadək davam edəcək. 2020-ci ilədək isə Yaponiyada sürücüsüz işləyən nəqliyyat vasitələrinin tətbiqinə başlamaq planlaşdırılır.
Emil Hüseynov
Baxış sayı: 535
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet