Tarix:19/12/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, alimlərin “NeurIPS 2018” konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi “Kinova JACO” robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.
Mütəxəssislər qeyd edir ki, robotun hərəkət alqoritmi onun hansı yeməklə işləməli olduğundan asılıdır. Təqdimatda robot çəngəli tərəvəz və ya meyvəyə batırması üçün proqramlaşdırılıb. Bununla yanaşı, manipulyatorun hərəkətləri konkret ərzaq növündən asılı olur: yumşaq və bərk meyvələri robot müxtəlif baxış bucağından batırır. Həmçinin robot yemək tikəsi çox böyük olanda və ya düzgün formalı olmayanda qidanı operatorun ağzına rahat baxış bucağından yaxınlaşdırır.
Nizam Nuriyev
Robot manipulyator sağlamlıq imkanları məhdud insanları çəngəllə yedizdirir
Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək robotlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, alimlərin “NeurIPS 2018” konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi “Kinova JACO” robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.
Mütəxəssislər qeyd edir ki, robotun hərəkət alqoritmi onun hansı yeməklə işləməli olduğundan asılıdır. Təqdimatda robot çəngəli tərəvəz və ya meyvəyə batırması üçün proqramlaşdırılıb. Bununla yanaşı, manipulyatorun hərəkətləri konkret ərzaq növündən asılı olur: yumşaq və bərk meyvələri robot müxtəlif baxış bucağından batırır. Həmçinin robot yemək tikəsi çox böyük olanda və ya düzgün formalı olmayanda qidanı operatorun ağzına rahat baxış bucağından yaxınlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı