12px13px15px17px
Tarix:19/12/18

2022-ci ilədək dünya əhalisinin 60 faizi internetdən istifadə edəcək

ABŞ-ın “Cisco” şəbəkə avadanlığı istehsalçısı internetdə “Şəbəkə texnologiyalarının əyani inkişaf indeksi” (Visual Networking Index, VNI) tədqiqatının nəticələrini açıqlayıb. Məruzə qlobal “IP” şəbəkələrinin 2017-2022-ci illərdə inkişafına həsr olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, hesabata görə, 2022-ci ilədək Yer kürəsi əhalisinin 60 faizi internet istifadəçisi olacaq. Qlobal şəbəkəyə 28 milyarddan çox qurğu qoşulacaq, bir istifadəçinin şəbəkəyə qoşulan qurğularda payı orta hesabla 3,6 təşkil edəcək. 2017-ci ildə bu göstərici 2,4 olub. Dünyada genişzolaqlı, mobil və “Wi-Fi” şəbəkələrinin sürəti minimum 2 dəfə artacaq.

Proqnoza görə, 2022-ci ilədək dünya “IP” trafikinin aylıq həcmi 396 ebayta (2017-ci ildə 122 ebayt) çatacaq. İnternet istifadəçilərinin sayı 4,8 milyard təşkil edəcək. 2017-ci ildə bu göstərici 3,4 milyarda (dünya əhalisinin 45 faizi) bərabər olub.

Bildirilir ki, 2022-ci ilədək internetə qoşulan qurğuların yarısından çoxu (ötən il 34 faiz) “M2M” (Machine-to-Machine) qurğuları olacaq. Bu, 14,6 milyard (2017-ci ildə 6,1 milyard) bağlantı deməkdir.

Beş il ərzində dünyada genişzolaqlı stasionar şəbəkələrin orta sürəti 2 dəfə – 39,0 Mbit/saniyədən 75,4 Mbit/saniyəyədək artacaq. Eyni zamanda “Wi-Fi” bağlantılarının orta sürətinin 24,4 Mbit/saniyədən 54,0 Mbit/saniyəyədək yüksələcəyi gözlənilir. Dünyada mobil bağlantıların orta sürəti isə 3 dəfədən çox artaraq 28,5 Mbit/saniyə təşkil edəcək.  

Nizam Nuriyev





Baxış sayı: 376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024