12px13px15px17px
Tarix:20/12/18

“Windows”un yeni funksiyası təhlükəli “EXE” faylları təhlükəsiz işə salmağa imkan verəcək

"Microsoft" şirkəti "Windows 10" sistemində ".exe" genişlənməsinə malik təhlükəli faylları təhlükəsiz işə salmağa imkan verəcək funksiya istifadəyə verməyə hazırlaşır. Söhbət "Windows Sandbox" təcrid olunmuş mühiti barəsindədir. Sözügedən təcrid olunmuş mühitin köməyi ilə istənilən proqram və ya sənədi açmazdan əvvəl onun zərərli olub-olmadığını yoxlamaq mümkün olacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, yeni funksiya virtuallaşdırma texnologiyasından istifadə edir. İstifadəçi faylı açarkən "Windows 10" sistemi avtomatik olaraq çox sadə virtual maşın yaradır. Potensial zərərverici proqram təminatı bağlı, birdəfəlik konteynerin daxilində yoxlanılır.
 
"Windows Sandbox" təcrid olunmuş mühiti əsasən korporativ istifadəçilər üçün nəzərdə tutulub. Bu funksiya gələn ilin əvvəlində "Windows 10 Pro" və "Windows 10 Enterprise" sistemlərinin peşəkar versiyalarında tətbiq ediləcək.
 
Emil Hüseynov





Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024