Tarix:24/12/18
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, istehsal mənbələrinin məlumatına görə, “iPad mini” planşetinin kütləvi istehsalına dekabrın sonunda başlanacaq. Şirkətin bununla planşetlərin ümumi satış həcminin azaldılmasının qarşısını almağa çalışacağı bildirilir.
Məlumata görə, “Apple” şirkəti 7,9 düymlük kompakt planşeti 2015-ci ildən yeniləməyib. 2017-ci ilin martında isə 128 giqabaytlıq modelin qiyməti 399 dollaradək endirilib. Bundan əvvəlki şayiələrə görə, “iPad mini 5” ucuz displey və yenilənmiş prosessorla təchiz ediləcək.
Bundan başqa, nisbətən ucuz yeni “iPad” modelinin buraxılacağı qeyd olunur. 9,7 düymlük model əvəzinə, daha nazik ekran çərçivəsinə malik 10 düymlük planşet təqdim ediləcək. Qiymətin əvvəlki səviyyədə olacağı gözlənilir.
Nizam Nuriyev
Gələn il “Apple iPad mini” planşeti yenilənəcək
“Apple” şirkəti 2019-cu ilin birinci yarısında kompakt “iPad mini” planşetinin növbəti nəslini buraxmağı planlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, istehsal mənbələrinin məlumatına görə, “iPad mini” planşetinin kütləvi istehsalına dekabrın sonunda başlanacaq. Şirkətin bununla planşetlərin ümumi satış həcminin azaldılmasının qarşısını almağa çalışacağı bildirilir.
Məlumata görə, “Apple” şirkəti 7,9 düymlük kompakt planşeti 2015-ci ildən yeniləməyib. 2017-ci ilin martında isə 128 giqabaytlıq modelin qiyməti 399 dollaradək endirilib. Bundan əvvəlki şayiələrə görə, “iPad mini 5” ucuz displey və yenilənmiş prosessorla təchiz ediləcək.
Bundan başqa, nisbətən ucuz yeni “iPad” modelinin buraxılacağı qeyd olunur. 9,7 düymlük model əvəzinə, daha nazik ekran çərçivəsinə malik 10 düymlük planşet təqdim ediləcək. Qiymətin əvvəlki səviyyədə olacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 306
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet