12px13px15px17px
Tarix:24/12/18

“Xbox One” oyun konsolu üçün ilk klaviatura və “mouse” təqdim edilib

"Razer" şirkəti "Xbox One" oyun konsolu üçün ilk klaviatura və "mouse" nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, bundan əvvəl "Razer" şirkətinin qurğuları "CES" sərgisində nümayiş etdirməyə hazırlaşması barədə məlumat verilsə də, onların təqdimatı daha tez baş tutub. Simsiz klaviatura və "mouse"un daxil olduğu dəst "Turret" adlanacaq və qiyməti 250 dollara bərabər olacaq.

Məlumata görə, klaviaturanın ölçüləri 194 x 390 x 37 millimetr, çəkisi isə 1,86 kq təşkil edir. "Mouse"un qabaritləri: 125,7 x 70 x 43,2 millimetr, çəkisi 106 qram. Dəst "Razer Chroma" işıqlandırmasını dəstəkləyir, eləcə də "Xbox Lighting" işıqlandırması ilə sinxronlaşdırılır. Şirkət nümayəndələrinin sözlərinə görə, klaviatura avtonom rejimdə 43 saat, "mouse" isə 50 saat işləyir.

Klaviatura və "mouse" "Xbox One" oyun konsoluna və fərdi kompüterə həm "Bluetooth", həm də "USB" kabeli vasitəsilə qoşulur. Klaviatura, məsələn, istifadəçinin dizi üstə olan zaman onun "mouse"un yerləşdiyi xüsusi səthi irəliyə çıxır. Klaviatura, həmçinin müxtəlif funksiyalar üçün proqramlaşdırılan 7 düyməyə malikdir. "Mouse"da isə 16 min piksel təsvir ölçülü "Razer 5G Advanced Optical Sensor" optik ötürücüsündən istifadə olunur.

Klaviatura və "mouse"dan ibarət "Razer Turret" dəstinin 2019-cu ilin birinci rübündə satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 279

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024