12px13px15px17px
Tarix:24/12/18

“iOS” sistemi yeniləndikdən sonra “iPhone” istifadəçiləri problemlərlə rastlaşıblar

Bütün dünyada “iPhone” smartfonu istifadəçiləri mobil rabitə ilə bağlı problemlərlə üzləşiblər. Onlar problemlərin “Apple” şirkəti “iOS” əməliyyat sistemini 12.1.2 versiyasınadək yeniləyəndən sonra başlamasını bildirirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, xüsusilə Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya istifadəçiləri nasazlıqların yaranmasından şikayət edirlər. Problemlərlə ən çox isə ABŞ və Hindistan sakinləri qarşılaşırlar.

Öz növbəsində şirkət nümayəndələri tərəfindən qurğunun yenidən yüklənilməsi və mobil operator sazlamalarının yenilənməsinin tövsiyə edilməsinə baxmayaraq, istifadəçi rəylərinə görə, bu kömək etmir.

Nizam Nuriyev





Baxış sayı: 282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024