12px13px15px17px
Tarix:27/12/18

Avropa Kosmik Agentliyi pulsar əsasında işləyən saatdan istifadəyə başlayıb

Avropa Kosmik Agentliyinin (ESA) Niderlandda yerləşən texniki mərkəzi vaxtı bir neçə sürətlə dövrə vuran neytron ulduzların milli-saniyə tezliyinin radioimpulsları vasitəsilə ölçən saatdan istifadəyə başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, pulsarlara əsaslanan vaxtölçən sistem agentliyin Niderlanddakı mərkəzində qurulub və bütün Avropa üzrə beş radioteleskop vasitəsilə cari müşahidələrə əsaslanır. Pulsar öz qütbündən şüa buraxan maqnit sahəli sürətlə dövrə vuran neytron ulduzlar tipidir. Pulsarların dövrə vurması onların ekstremal sıxlığı sayəsində dayanıqlı qalır. Pulsarlar müntəzəm radiosəsləri şüalandırır. “PulChron” proqramı isə peyk naviqasiya vaxtının pulsar əsasında generasiya və monitorinqi üçün vaxt şkalasının effektivliyini nümayiş etdirmək məqsədi daşıyır.

Mütəxəssislərin sözlərinə görə, pulsarın ölçülməsinə əsaslanan vaxt şkalası atom və ya optik saatdan istifadə edən şkaladan nisbətən az stabil ola bilər. Lakin pulsar şkalası uzun müddət (bir neçə onillik və ya daha çox) ərzində rəqabətqabiliyyətli ola bilər ki, bu da istənilən atom saatının istismar müddətini üstələyir. Bundan başqa, pulsar vaxt şkalası atom enerjisi vəziyyətləri arasında dəyişmələrə deyil, neytron ulduzların fırlanmasına əsaslandığı üçün istifadə edilən atom saat texnologiyasından tam müstəqil işləyir.  

Nizam Nuriyev





Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024