12px13px15px17px
Tarix:27/12/18

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib

26 dekabr 2018-ci il tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fondun Müşahidə Şurasının sədri, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə Fondun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov 2018-ci ildəki fəaliyyəti üzrə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə ölkədə İKT sahəsində sahibkarlığın inkişafına dəstək olmaq məqsədilə innovativ və tətbiqi elmi-texniki layihələrin qrant maliyyələşdirilməsi davam etdirilib. Fondun keçirdiyi qrant müsabiqələrin icra vəziyyəti barədə məlumat verilib.  Hesabat dövründə İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvəkkil banklar vasitəsilə ayrılmış güzəştli kreditlər barədə də hesabat verilib.

Ölkədə startapların inkişafı, innovativ ideyalarının reallaşdırılmasına dəstək verilməsi, innovativ sahibkarılığın və yüksək texnologiyalar sahəsinin təbliği ilə bağlı Fond tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim edilib.

Müşahidə Şurasının üzvləri müzakirələrdə iştirak edərək hesabat dövründə Fondun fəalliyyətini uğurlu saymış, Fond tərəfindən həyata keçirilən innovativ layihələrin maliyyələşdirilməsi tədbirlərini yüksək qiymətləndiriblər.

İclasın yekununda Müşahidə Şurasının üzvlərinə Şurada beş il ərzində səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif ediliblər.












Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024