Tarix:28/12/18
Sözügedən layihənin əsas məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaqdır.
Tədbir çərçivəsində Şamaxı məktəbliləri və ilk dəfə olaraq layihəyə cəlb olunmuş riyaziyyat və informatika fənlərini tədris edən müəllimlər ilə görüş keçirilib. Onlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə məlumat verilib. İnnovasiya yönümlü təlimlər və kodlaşma dərsləri keçirilib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.
R.Əzizov daha sonra qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin innovativ inkişafı üçün ciddi addımlar atır. Texnoparklar, biznes inkubasiya mərkəzləri yaradılır, startap hərəkatı ildən-ilə genişlənir.
Tədbirdə çıxış edən "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, hazırda şagirdlərin əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmazlığı ilə üzləşir. "Kod saatı" təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib.
Qeyd edək ki, "Kod saatı" məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir və "Code.org" publik qeyri-kommersiya təşkilatı tərəfindən dünyanın 180-dən çox ölkəsində milyonlarla tələbə və məktəblini qlobal bir hərəkatda birləşdirib.
Şamaxıda “Kod saatı” layihəsi təqdim edilib
Şamaxı məktəblilərinə ilk dəfə "Kod saatı" ("Hour of Code") layihəsi təqdim edilib. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Microsoft Azerbaijan" şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.Sözügedən layihənin əsas məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaqdır.
Tədbir çərçivəsində Şamaxı məktəbliləri və ilk dəfə olaraq layihəyə cəlb olunmuş riyaziyyat və informatika fənlərini tədris edən müəllimlər ilə görüş keçirilib. Onlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə məlumat verilib. İnnovasiya yönümlü təlimlər və kodlaşma dərsləri keçirilib.
Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb.
R.Əzizov daha sonra qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin innovativ inkişafı üçün ciddi addımlar atır. Texnoparklar, biznes inkubasiya mərkəzləri yaradılır, startap hərəkatı ildən-ilə genişlənir.
Tədbirdə çıxış edən "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, hazırda şagirdlərin əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmazlığı ilə üzləşir. "Kod saatı" təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib.
Qeyd edək ki, "Kod saatı" məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir və "Code.org" publik qeyri-kommersiya təşkilatı tərəfindən dünyanın 180-dən çox ölkəsində milyonlarla tələbə və məktəblini qlobal bir hərəkatda birləşdirib.
Baxış sayı: 456
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet