12px13px15px17px
Tarix:04/01/19

Bu il üçün dünya “Əşyalar interneti” bazarı üzrə proqnoz açıqlanıb

“International Data Corporation” (IDC) şirkəti 2019-cu il üçün dünya “Əşyalar interneti” (IoT) bazarı üzrə proqnoz tərtib edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, 2018-ci ildə qeyd olunan sahədə ümumi xərclər 646 milyard dollar təşkil edib. Bu il isə 15,4 faizlik artım gözlənilir: nəticədə bazarın həcmi 745 milyard dollara çatacaq.

“Ağıllı” ev üçün qurğular, internetə qoşulmuş avtomobillər və müxtəlif “ağıllı” qurğuların daxil olduğu istehlak “IoT” sektorunda isə xərclər 108 milyard dollar səviyyəsində gözlənilir.

Cari ildə ən böyük “Əşyalar interneti” bazarları müvafiq olaraq 194 və 182 milyard dollar məbləğində xərclərlə ABŞ və Çin olacaq. Sonrakı yerlərdə Yaponiya (65,4 milyard dollar), Almaniya (35,5 milyard dollar), Cənubi Koreya (25,7 milyard dollar), Fransa (25,6 milyard dollar) və Böyük Britaniya (25,5 milyard dollar) qərarlaşacaq.

Əsas “IoT” sahələri kimi istehsal, nəqliyyat və müxtəlif kommunal xidmətlər qeyd olunur.

Gələcəkdə qlobal “Əşyalar interneti” bazarında dayanıqlı artımın davam edəcəyi proqnozlaşdırılır. 2022-ci ildə onun həcminin 1 trilyon dolları üstələyəcəyi ehtimal edilir.

“IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

Nizam Nuriyev





Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024