12px13px15px17px
Tarix:07/01/19

2018-ci ilin ən yaxşı kameralı smartfonları məlum olub

Smartfon kameralarını sınaqdan keçirərək onların reytinqinin tərtib edilməsi ilə məşğul olan “DxO Mark” şirkətinin mütəxəssisləri 2018-ci ilin ən yaxşı kameraya malik smartfonlarının siyahısını dərc ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ötən ilin ən yaxşı kamera ilə təchiz edilən smartfonu kimi reytinqdə 109 bal toplayan “Huawei P20 Pro” seçilib. İkinci pillədə 105 balla “iPhone XS Max”, üçüncüdə isə hərəyə 103 bal toplayan “HTC U12+” və “Samsung Galaxy Note 9” modelləri qərarlaşıb.

Fotoşəkilin keyfiyyətinə görə ən yaxşı smartfonlar reytinqində də lider “Huawei P20 Pro” (114 bal) modelidir. İkinci mövqedə “iPhone XS Max” (110 bal), üçüncüdə 108 balla “Xiaomi Mi Mix 3” yer alıb. Videoçəkilişə görə birinci yer hərəyə 98 bal toplayan “Huawei P20 Pro” və “Google Pixel 3” arasında bölünüb. İkinci yeri “iPhone XR” və “XS Max” (96 bal) tutub. Liderlər üçlüyünü 95 balla “HTC U12+” tamamlayıb.

Bütün reytinqlərə 31 smartfon daxil edilib. Həmçinin “DxO Mark” mütəxəssisləri tərəfindən qabaqcıl “Mate 20” seriyasına aid modellər test edilməyib.

Qeyd edək ki, “Huawei Mate 20”, “Mate 20 Pro” və “Mate 20X” modelləri “Antutu” şirkətinin ən məhsuldar “Android” smartfonlar üçlüyünə daxil olub.

Nizam Nuriyev





Baxış sayı: 373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024