Tarix:08/01/19
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, bu dəfə Cənubi Koreya istehsalçısı məhsulun cari ilin ikinci rübündə satışa çıxarılacaq final versiyasını nümayiş etdirib.
Məlumata görə, ötən bir il ərzində televizorun konstruksiyası təkmilləşdirilib, eləcə də keyfiyyətli həcmli səsləndirməni təmin edən 100 vatlıq "Dolby Atmos" səsucaldanı əlavə olunub. Televizor altlığın daxilinə yığılaraq yeri boşaltması və ekran lazım olan zaman düyməni basmaqla irəliyə çıxması ilə seçilir.
Bütün yığılma və açılma prosesi səssiz olmaqla bir neçə saniyə ərzində baş verir. Konstruksiyanın möhkəmliyinə gəldikdə, istehsalçı nümayəndələrinin sözlərinə görə, televizor 50 minədək belə dövrəyə dözümlüdür.
Bundan başqa, televizor panelin dörddə üçünü altlığın içində gizlədərək ekranın qalmış hissəsində musiqinin səsləndirilməsi və "ağıllı" qurğuların idarəetməsi üçün menyunu göstərməyə imkan verən maraqlı "Line Mode" rejiminə malikdir.
"WebOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən və "Alexa", "AirPlay 2" və "HomeKit" sistemlərini dəstəkləyən "LG OLED TV R" televizoru "4К" təsvir ölçülü ekran və ikinci nəsil "Alpha 2" prosessoru ilə təchiz edilib.
Qurğunun dəqiq satışa çıxarılma müddəti və qiyməti barədə əlavə məlumat veriləcək.
Nizam Nuriyev
Unikal “LG OLED TV R” televizoru nümayiş olunub
"LG" şirkəti Las-Veqasda keçirilən "Consumer Electronic Show 2019" istehlak elektronikası sərgisi çərçivəsində prototipi ötənilki sərgidə nümayiş olunan unikal "LG OLED TV R" televizorunu təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, bu dəfə Cənubi Koreya istehsalçısı məhsulun cari ilin ikinci rübündə satışa çıxarılacaq final versiyasını nümayiş etdirib.
Məlumata görə, ötən bir il ərzində televizorun konstruksiyası təkmilləşdirilib, eləcə də keyfiyyətli həcmli səsləndirməni təmin edən 100 vatlıq "Dolby Atmos" səsucaldanı əlavə olunub. Televizor altlığın daxilinə yığılaraq yeri boşaltması və ekran lazım olan zaman düyməni basmaqla irəliyə çıxması ilə seçilir.
Bütün yığılma və açılma prosesi səssiz olmaqla bir neçə saniyə ərzində baş verir. Konstruksiyanın möhkəmliyinə gəldikdə, istehsalçı nümayəndələrinin sözlərinə görə, televizor 50 minədək belə dövrəyə dözümlüdür.
Bundan başqa, televizor panelin dörddə üçünü altlığın içində gizlədərək ekranın qalmış hissəsində musiqinin səsləndirilməsi və "ağıllı" qurğuların idarəetməsi üçün menyunu göstərməyə imkan verən maraqlı "Line Mode" rejiminə malikdir.
"WebOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən və "Alexa", "AirPlay 2" və "HomeKit" sistemlərini dəstəkləyən "LG OLED TV R" televizoru "4К" təsvir ölçülü ekran və ikinci nəsil "Alpha 2" prosessoru ilə təchiz edilib.
Qurğunun dəqiq satışa çıxarılma müddəti və qiyməti barədə əlavə məlumat veriləcək.
Nizam Nuriyev
Baxış sayı: 331
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet