Tarix:08/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Blade” eynəyi avtonom iş üçün nəzərdə tutulmayıb: “Android” sisteminin idarəetməsi altında olan smartfon və “iPhone” ilə birgə işləyir. İstifadəçilər linzadan parlaq rəngli təsvirlərdən ibarət dünyaya baxa, poçtu yoxlaya, restoranlarda menyunu öyrənə, mesajları oxuya, oxuducuları idarə edə, yol xəritələrini araşdıra və bəzi hallarda səsli əmrlər verə biləcək.
Şirkət “Amazon Alexa” və “Google Assistant” dəstəyinə söz verir, daxili kamera 8 meqapiksellik təsvir ölçüsündə şəkillər çəkə və 720p formatında video yaza bilər.
“Blade” eynəyi 4 nüvəli “ARM” prosessoru və başın hərəkətini izləmək üçün daxili hiroskopa malik “Android” sisteminin xüsusi versiyası ilə təchiz edilib. “Bluetooth”, “Wi-Fi” modulları, məlumatların saxlanılması üçün “microSD” slotu var.
Əlavə 200 dollar ödəməklə eynəyə görmə korreksiyasına malik linzalar taxmaq mümkündür.
Emil Hüseynov
“Vuzix” şirkətinin artırılmış reallıq eynəyi smartfonla işləyəcək
“Vuzik” şirkəti ötən il korporativ müştərilər üçün artırılmış reallıq eynəyi modelini təqdim etmişdi, indi isə həmin modelin istifadəçi versiyası üçün ilkin sifariş əlçatandır. 1000 dollar ödəyərək sözügedən artırılmış reallıq eynəyini 4-6 həftə sonra əldə etmək mümkündür.“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Blade” eynəyi avtonom iş üçün nəzərdə tutulmayıb: “Android” sisteminin idarəetməsi altında olan smartfon və “iPhone” ilə birgə işləyir. İstifadəçilər linzadan parlaq rəngli təsvirlərdən ibarət dünyaya baxa, poçtu yoxlaya, restoranlarda menyunu öyrənə, mesajları oxuya, oxuducuları idarə edə, yol xəritələrini araşdıra və bəzi hallarda səsli əmrlər verə biləcək.
Şirkət “Amazon Alexa” və “Google Assistant” dəstəyinə söz verir, daxili kamera 8 meqapiksellik təsvir ölçüsündə şəkillər çəkə və 720p formatında video yaza bilər.
“Blade” eynəyi 4 nüvəli “ARM” prosessoru və başın hərəkətini izləmək üçün daxili hiroskopa malik “Android” sisteminin xüsusi versiyası ilə təchiz edilib. “Bluetooth”, “Wi-Fi” modulları, məlumatların saxlanılması üçün “microSD” slotu var.
Əlavə 200 dollar ödəməklə eynəyə görmə korreksiyasına malik linzalar taxmaq mümkündür.
Emil Hüseynov
Baxış sayı: 528
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet