12px13px15px17px
Tarix:03/11/11

Dünyanın ən güclü superkompyuterinin gücünə güc qatıblar

Cari ilin may ayında tərtib edilmiş güclü kompyuterlərin “TOP-500” rəsmi reytinqinə əsasən, “Fujitsu” şirkəti və “RİKEN” tədqiqat laboratoriyası tərəfindən hazırlanmış Yaponiyanın “K Computers” superkompyuteri bu gün dünyada ən güclü hesab edilir.

Gələn həftə “TOP-500” reytinqi yenilənəcək və “K Computer” superkompyuterinin Çin rəqibi “Tyan'e-1a” və çoxsaylı Amerika superkompyuterlərini qabaqlayaraq yenidən lider olacağı gözlənilir.

Lakin bir gün əvvəl Yaponiyada elan edilib ki, “K” superkompyuterinin gücü maksimal göstəricilərə qədər artırılmış və saniyədə üzən vergüllə 10,51 kvadrillion əməliyyat (10,51 petaflop/san) yerinə yetirməyə nail olub. Beləliklə, “K” dünyada 10 petaflop/san həddinin öhdəsindən gəlmiş ilk superkompyuter olub.

Hal-hazırda ABŞ və Çində artıq 15, hətta 20 petaflop/san ilə olan superkompyuterlərin yaradılması layihələri haqqında danışırlar, lakin bu hələ ki nəzəriyyədir, praktikada isə 10 petaflop/san mütləq rekorddur.

May ayında “TOP-500” reytinqinin tərtib edilməsi zamanı “K Computer” “Fujitsu” şirkəti tərəfindən istehsal edilmiş 68544 8 nüvəli “SPARC64 VIII” prosessorlarına malik olub, bu həllin ümumi gücü 8,162 petaflop/san təşkil edib.

Hal-hazırda isə prosessorların sayı 81600 ədədə çatdırılmalıdır. “RİKEN”-dən bildiriblər ki, “K Computer” üzərindəki işlər 2012-ci ilin noyabr ayına qədər qəti olaraq başa çatdırılmalıdır.



Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024