12px13px15px17px
Tarix:11/01/19

Yeni miniatür noutbuk rekord az çəkisi ilə seçilir

“GPD” şirkəti “CES 2019” istehlak elektronikası sərgisində “Micro PC” adlı miniatür noutbuk təqdim edib. Yeni qurğunun əsas xüsusiyyətləri kimi sensor panel, rekord az çəki və çoxlu interfeys çıxışlarının olması qeyd edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, noutbuk şirkətin əvvəlki qurğuları ilə müqayisədə daha miniatür alınıb. Kiçik ölçülərə baxmayaraq istehsalçı qurğunu klaviaturada yerləşən sensor panellə təchiz edib.

Əsasını dördnüvəli “Intel Celeron N4100” prosessorunun təşkil etdiyi yeni qurğunun operativ yaddaş tutumu 4, quraşdırılmış yaddaşı isə 128 giqabayta bərabərdir.

Noutbukun korpusunda iki “USB Type-A”, enerjinin doldurulması üçün bir “USB Type-C” çıxışı, eləcə də “HDMI”, “RS-232” və “Ethernet” portları quraşdırılıb. Əlavə olaraq soyutma sistemi ventilyatoru üçün fiziki dəyişdirici açar nəzərdə tutulub.

“GPD Micro PC” noutbukunun 6 düym diaqonallı ekranının təsvir ölçüsü 1280x720 piksel təşkil edir. Qurğunun ölçüsü 153 x 113 x 23,5 millimetr, çəkisi 395 qramdır.

Qiyməti 300 dollara bərabər olacaq noutbuk üçün ilkin sifarişlərin qəbuluna fevralda başlamaq planlaşdırılır.

Nizam Nuriyev





Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024