12px13px15px17px
Tarix:14/01/19

Süni intellekt fotoşəkilə görə genetik xəstəlikləri diaqnozlaşdırır

Genomika və süni intellektlə məşğul olan “FDNA” şirkəti insan sifətinin şəkli əsasında genetik xəstəliklərə diaqnoz qoyan “DeepGestalt” üzün analizi sistemini yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, alqoritmin hazırlanması üçün şirkət 500 min sifət şəklinin məlumatlar dəstindən istifadə edib. Məlumatlar dəsti kompilyasiya edildikdən sonra onun həcmi “Facebook” istisna olmaqla bütün məşhur analoji dəstləri üstələyib.

Alimlər alqoritmi yoxlayaraq müəyyənləşdiriblər ki, o, konkret genetik xəstəlikli insan sifətlərini onlar digər xəstəlikləri olan insan üzləri ilə qarışdıqda belə identifikasiya edə bilir. Onlar Korneli de Lanj və Angelman sindromu üzərində iki test aparıblar. Bu sindromlar koqnitiv və hərəkət pozulmasına gətirib çıxarır. Hər iki halda “DeepGestalt” sistemi 90 faizlik dəqiqliyə nail olub.

Aparılan digər testdə “DeepGestalt” sisteminin eyni xəstəlikli, lakin müxtəlif genotipli insanları fərqləndirərək Nunan sindromlu insanların şəkillərini göstərməsi yoxlanılıb. Bu dəfə alqoritmin dəqiqliyi 64 faiz təşkil edib.

Məlumata görə, alqoritm sifətin şəklini bir neçə hissəyə ayırmaqla onların hər birinin sindroma uyğunluğunu qiymətləndirir və daha sonra hansı sindromun nisbətən uyğun olmasını müəyyənləşdirmək üçün onları birləşdirməklə işləyir. Sistem yaradıcılarının sözlərinə görə, “DeepGestalt” digər süni intellekt sistemləri kimi, öz proqnozlarını izah edə və hansı üz cizgilərinin təsnifata kömək etməsi barədə məlumat təqdim edə bilmir.

Nizam Nuriyev





Baxış sayı: 438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024