12px13px15px17px
Tarix:15/01/19

“8K UHD” təsvir ölçülü intellektual “LG” televizorları buraxılacaq

“LG” şirkəti bu il “8K UHD” təsvir ölçülü ilk televizor modellərini satışa çıxarmağı planlaşdırır. Onlar üzvi işıq diodlu (OLED) və maye-kristal (LCD) ekranlarla təchiz edilən “Z9” və “SM99” markalı televizorlar olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, hazırda dünyada “8K UHD” təsvir ölçülü videoçəkiliş kütləvi hal almasa da, 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya oyunları məhz bu təsvir ölçüsündə translyasiya ediləcək. “8K” formatlı video üçün yüksək buraxılış qabiliyyətinə malik interfeysin tələb olunmasına görə bütün modellər “HDMI 2.1” interfeysi ilə təchiz edilir. Gələcəkdə interfeys “OLED” ekranlı digər televizorlara, eləcə də bəzi “LCD” ekranlı modellərə quraşdırılacaq. Bunun sayəsində televizorlar yüksək kadr tezlikli (HFR) videoları dəstəkləyəcəklər.

Üzvi işıq diodlu digər “LG” televizor modellərinin nömrələrinə də rəqəmlər əlavə ediləcək və onlar “W9”, “E9” və “С9” adlandırılacaq. Onların əvvəlki modellərdən əsas fərqi yeni, daha güclü “Aplha 9” prosessorundadır. “Google Assistant” ilə yanaşı, “LG” televizorları “Amazon Alexa” virtual köməkçi funksiyasını dəstəkləyəcək. Maye-kristal “Super UHD” televizorları bundan sonra “Nanocell” adlandırılacaq. Bu, “Samsung” şirkətinin “QLED” seriyalı televizorlarında da istifadə olunan kvant piksellər texnologiyası üçün nəzərdə tutulan digər termindir.

İkinci nəsil “Alpha 9” prosessoruna malik televizorlar ikikanallı səsi 5.1 səs sisteminə çevirəcək, yüksək sinifli modellər isə “Dolby Vision” və “Dolby Atmos” səsini dəstəkləyəcək.

Cənubi Koreya istehsalçısı yeni TV modelləri haqqında “CES 2019” beynəlxalq istehlak elektronikası sərgisində məlumat verib və onların əksəriyyətini nümayiş etdirib.

Nizam Nuriyev





Baxış sayı: 355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024