12px13px15px17px
Tarix:15/01/19

2018-ci ildə İT xidmətlərinin qlobal satış həcmi 3.7% yüksəlib

“IDC”-nin analitiklərinin məlumatına görə, 2018-ci ildə avadanlıq, proqram təminatı, telekommunikasiya və İT xidmətlərinin qlobal satış həcmi 3,7% yüksəlib ki, bu da ötənilki göstəricidən (4.2%) bir qədər azdır. Lakin analitiklər hesab edirlər ki, 2019-cu ildə artım 3%-i ötməyəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, son ildə rəqəmli qurğuların satış həcmi xeyli yüksəlib. Smartfonlar bazarının həcmi cihazların orta qiymətinin artması nəticəsində pul baxımından gözlənildiyindən çox böyüyüb, amma ədədi baxımdan bir çox ölkələrdə satış həcmi zəifləyib. Planşetlərin satışı əvvəlki kimi aşağıdır, amma analitiklər hesab edirlər ki, yaxın illərdə bir sıra ölkələrdə planşetlərin satış həcmi yenidən yüksələcək. Server avadanlığının satışları ilk növbədə bulud hipermiqyaslı məlumatların işlənməsi mərkəzlərinin geniş yayılması ilə əlaqədardır.
 
Emil Hüseynov





Baxış sayı: 438

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024