12px13px15px17px
Tarix:18/01/19

Beşinci nəsil mobil rabitə şəbəkəsində “5G” smartfonunun prototipi ilə ilk zəng edilib

“ZTE” və “China Unicom” şirkətləri “5G” smartfonunun prototipindən istifadə etməklə beşinci nəsil mobil rabitə şəbəkəsində dünyada ilk uğurlu zəng ediblər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, səhra sınaqlarının təşkili üçün Çinin cənub-şərqində yerləşən Şençjen şəhəri seçilib. Zəng avtonom olmayan “Non Stand-Alone [NSA] 3GPP 5G NR” (“yeni radio”) standartı arxitekturası əsasında həyata keçirilib.  

Oxşar zənglər əvvəllər həyata keçirilsə də, bu dəfə ilk dəfə olaraq kommersiya bazarına çıxarılmağa hazır olan “5G” smartfonunun prototipindən istifadə edilib. Test aparatı “ZTE” şirkəti tərəfindən təqdim edilib.
Səhra sınaqları çərçivəsində, həmçinin internetə yüksəksürətli mobil çıxış, qrup şəklində olan zənglər və s. kimi yeni nəsil servislər test olunub.

“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev





Baxış sayı: 421

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024