12px13px15px17px
Tarix:18/01/19

Beşinci nəsil “Apple iPad mini” planşeti ilin birinci yarısında buraxılacaq

“Apple iPad mini” planşeti 2019-cu ilin birinci yarısında satışa çıxarıla bilər. Bu barədə tədarük şəbəkələrindəki mənbələrə istinadən “DigiTimes” resursu məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, informasiya Tayvanın yeni planşet üçün sensor panellər tədarükçüsü qismində çıxış edən “Solutions” (GIS) və “TPK” şirkətlərinin insayderlərindən daxil olub.

Sensor sistemlərin tədarükünün 40 faizinin “GIS”, qalan hissənin isə “TPK” və Çinin “O-film Technology” şirkəti arasında bölüşdürüləcəyi gözlənilir.

Məlumata görə, 7,9 düym diaqonallı yenilənmiş “iPad mini” planşeti ilə yanaşı, “Apple” şirkəti 10 düymlü ekran və nazik çərçivə ilə təchiz edilən başlanğıc səviyyəli yeni “iPad” modeli təqdim etməyi planlaşdırır.
“Apple iPad mini” şirkətin 7,9 düymlük ekrana malik ən ucuz və kompakt planşeti kimi satışa çıxarılıb. Onun ilkin qiyməti 329 dollar olsa da, sonradan 299 dollaradək ucuzlaşıb. “iPad mini” uşaqlar üçün ən yaxşı seçim hesab edilib.

Lakin son illər “Apple” daha çox 9,7 düymlük başlanğıc səviyyəli “iPad” planşetinin hazırlanmasına və marketinqinə diqqət yetirib. Qiyməti 329 dollardan başlayan bu model mütəmadi yeniləndiyi (beşinci və altıncı nəsil versiyalaradək) halda “iPad mini 4” hazırda qiyməti 399 dollar olmaqla yalnız iritutumlu fləş-yaddaşa malik versiyada təklif olunur.

Nizam Nuriyev





Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024