12px13px15px17px
Tarix:24/01/19

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda “Praktiki mühəndislik və liderlik” təlimləri təşkil edilib. Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən təqdimat mərasimində rayon təhsil müəssisələrinin tələbə, şagird və müəllim heyəti iştirak edib.

 

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnforfasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “Robopark” layihəsi çərçivəsində indiyədək Bakı şəhərində tədbirlər keçirilib, regionlarda isə ilk dəfə olaraq Şamaxı şəhərində belə bir təlim təşkil olunur.

 

BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib.

 

Müvafiq təlimlər çərçivəsində robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlərin təşkil olunması nəzərdə tutulub.

 

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər, əsasən, 8-16 yaş aralığında uşaqları əhatə edəcək.

 

Məlumat verilib ki, 4 ay ərzində davam edəcək “Mən Pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq. 

 

“AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyalar interneti” texnologiyaları)  müddəti isə 6 aydır. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər. Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.

 

Bütün bu təlimlər zamanı iştirakçılar üçün təkcə dərs deyil, onların inkişafı üçün müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək.

 

Həmçinin, Şamaxı məktəblilərinə tədris olunacaq “Yapon mühəndisliyi (GENESİS)” proqramı haqqında məlumat verilərək bildirilib ki, bu kurs 8-13 yaş uşaqlar üçün 3 istiqamətdə tədris olunur. Məlumat verilib ki, proqram yapon texnologiyası təhsil sistemi əsasında hazırlanmış modullardan ibarətdir. Buraya 3D texnologiyalarının tədrisi daxildir.

 

Məşğələ iştirakçıları sadəcə təməl dizayn alətlərindən istifadə edərək robotik və texnoloji məhsullar dizayn etməyi öyrənir. 7 aylıq tədris müddəti iştirakçılara problemlərə öz kreativ həllərini tapmağa, əl bacarıqlarını inkişaf etdirməyə kömək edir. 

 

Seminar çərçivəsində  təlimçilər tərəfindən “Yapon mühəndisliyi”, “Dronlar” və “AREAduino” ilə bağlı müxtəlif maraqlı təqdimatlar da keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin Şamaxı filialında “Proqramlaşdırma və Kodlaşdırma” mövzusunda distant təlim təşkil olunub. Diqqətə çatdırılıb ki, bu seminarlarda davamlı olaraq iştirak edən tələbələr, müəyyən biliklər əldə etdikdən sonra öz rayonlarında azyaşlı uşaqlara yuxarıda qeyd edilən istiqamətlər üzrə təlimlər keçmək imkanı əldə edəcəklər və gələcəkdə müvafiq  tədbirlərdə fəal iştirak edəcəklər.





















Baxış sayı: 41

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2019

22/10/19
Böyük Britaniyada hava taksisi sınaqdan keçirilir

Böyük Britaniyanın “Vertical Aerospace” startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdiri

22/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” davam edir

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 20

22/10/19
Böyük data mərkəzlərinin sayı 500-ü ötüb

Bu ilin üçüncü rübündə dünyada hipermiqyaslanan data mərkəzlərinin sayı 504-ə çatıb. Bu göstəri

22/10/19
Sinqapurda 3D printerdə şokolad-konfetlər çap edilib

Sinqapurlu mühəndislər şokoladları 3D printerdə çap ediblər, “Scientific Reports” jurnalı məlumat verib.

22/10/19
BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

Nobel mükafatı laureatı Codi Uilyams Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat 

22/10/19
Ən sürətli mobil prosessorların reytinqi dərc edilib

Çinin smartfonların testində ixtisaslaşan populyar “Master Lu” servisi 2019-cu ilin üçüncü

22/10/19
“Kaspersky Antidrone” sistemi satışa çıxarılacaq (Video)

Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkəti antidron sisteminin satışlarına başlayacaq.

22/10/19
“HTC” blokçeyn smartfonunu təqdim edib

"HTC" şirkəti kriptovalyuta istifadəçiləri üçün nəzərdə tutulmuş "Exodus 1s" smartfonu üç

22/10/19
Bu ölkənin universitetlərində smartfonlardan istifadəyə qadağa qoyulub

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadə

21 10 2019

21/10/19
“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən

21/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci

21/10/19
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

21/10/19
“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın “Oracle” şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə “The Wall

21/10/19
Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini

21/10/19
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb

“Alphabet” holdinqinin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları

21/10/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digə

21/10/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB

21/10/19
Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı

21/10/19
Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə a