12px13px15px17px
Tarix:24/01/19

“Gmail” elektron poçt xidmətində yeni funksionallıq istifadəyə veriləcək

“Google” şirkəti “Gmail” elektron poçt xidmətində yeni funksionallıq təqdim edəcək. Sözügedən poçt xidmətində silinmiş mətn, qaytar (son hərəkəti geri qaytarır) və qabağa düymələri, həmçinin məktubların yüklənməsi əlçatan olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, bu düymələr məktub yazma pəncərəsindəki alətlər panelində əlçatandır. Qaytar/qabağa düymələri alətlər panelinin sol tərəfi, silinmiş mətn üçün S düyməsi sağ tərəfdə yerləşir.
 
Məktubun sağ yuxarı küncündə yerləşən 3 şaquli nöqtəyə sıxmaqla məktubu yükləmək mümkündür. Məktub .EML formatında yüklənilir və bu format bir çox başqa poçt xidmətləri və kliyentlər tərəfindən dəstəklənir.
 
Bütün bu yeniliklər bir neçə gün ərzində “Gmail” xidmətinin istifadəçiləri üçün əlçatan olacaq.
 
Emil Hüseynov





Baxış sayı: 334

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024