12px13px15px17px
Tarix:25/01/19

Banklar süni intellektə aktiv investisiya qoyurlar

“Deloitte” konsaltinq şirkəti maliyyə sektorunda süni intellektdən istifadəyə həsr edilən tədqiqatın nəticələrini dərc edib. Hesabatda bankların avtomatlaşdırma, kompüter təlimi və işçi qüvvəsinin qənaətinə kömək edən digər texnologiyalara aktiv investisiya yatırması qeyd olunur.  

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, sorğuda müxtəlif ölkələrdə fəaliyyət göstərən maliyyə sahəsi üzrə 94 şirkət iştirak edib. Respondentlərin 29 faizi bildirib ki, onların təşkilatları hazırda proseslərin robotlaşdırılmış avtomatlaşdırılmasından – işin əksər hissəsini avtomatlaşdıran proqram təminatından istifadə edirlər. Bu seçimdə rəyi soruşulanların 25 faizi belə texnologiyaları risklərin idarə olunması, 21 faizi risklər haqqında hesabatların formalaşdırılması, 20 faizi normativ hesabatlılıq üçün tətbiq edir.

İritutumlu məlumatlar və analitika da banklar üçün prioritet olub – onların 40 faizi süni intellektlə yanaşı, belə alətlərdən istifadə edir.

Rəyi soruşulan şirkət nümayəndələrinin təxminən 25-19 faizi xərcləri azaltmaq və əməliyyatların dəqiqliyini artırmaq üçün kompüter təlimi və koqnitiv analitikadan (təbii dilin emalı daxil olmaqla) istifadə etməsini qeyd edib, 24 faizi isə biznes həllərinin modelləşdirilməsi alətlərindən yararlandığını vurğulayıb.

Tədqiqatda, həmçinin qeyd olunur ki, rəhbərlərin 67 faizi kibertəhlükəsizliyi, o cümlədən hücumları və məxfi məlumatların itirilməsini yaxın iki ildə daha çox əhəmiyyət kəsb edəcək üç riskdən biri hesab edir.

Nizam Nuriyev





Baxış sayı: 464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024