Tarix:25/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tədqiqat qrupunun rəhbərləri qeyd edir ki, bu, istənilən şəraitdə səsli siqnalı konkret insan üçün lokallaşdıran və təhlükəsiz lazerlərdən istifadə edən ilk sistemdir. Sistem foto akustik effekt kimi tanınan texnikadan istifadə edir. O, material işığı udduqdan sonra səs dalğalarını yaradan zaman əmələ gəlir. Alimlər tədqiqatda işığı udmaq və səs yaratmaq üçün havada su buxarından istifadə ediblər. Texnologiya nisbətən quru şəraitdə də işləyir, çünki havada, xüsusilə insanların ətrafında su həmişə cüzi olur. Mütəxəssislər qeyd edir ki, suyu tam udan lazer dalğa uzunluğundan istifadə edildiyinə görə çoxlu suya ehtiyac qalmır. Bu, əsas məqamdır, çünki daha güclü udulma daha çox səs emal edir.
Səsin lokal ötürülməsi üçün lazer texnologiyasından istənilən yerdə və ya açıq meydançada istifadə etmək mümkündür. O, hərbi sahədə tətbiq edilərək təcili məxfi məlumatları ötürməyə imkan verə, səs-küylü otaqda kommunikasiyanı təmin edə, yalnız bir alıcı üçün nəzərdə tutulan təcili məlumatları göndərə bilər.
Nizam Nuriyev
Lazer səsi konkret insanın qulağına ötürür
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri səs-küylü otaqda səsi konkret insanın qulağına ötürən lazer texnologiyası hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tədqiqat qrupunun rəhbərləri qeyd edir ki, bu, istənilən şəraitdə səsli siqnalı konkret insan üçün lokallaşdıran və təhlükəsiz lazerlərdən istifadə edən ilk sistemdir. Sistem foto akustik effekt kimi tanınan texnikadan istifadə edir. O, material işığı udduqdan sonra səs dalğalarını yaradan zaman əmələ gəlir. Alimlər tədqiqatda işığı udmaq və səs yaratmaq üçün havada su buxarından istifadə ediblər. Texnologiya nisbətən quru şəraitdə də işləyir, çünki havada, xüsusilə insanların ətrafında su həmişə cüzi olur. Mütəxəssislər qeyd edir ki, suyu tam udan lazer dalğa uzunluğundan istifadə edildiyinə görə çoxlu suya ehtiyac qalmır. Bu, əsas məqamdır, çünki daha güclü udulma daha çox səs emal edir.
Səsin lokal ötürülməsi üçün lazer texnologiyasından istənilən yerdə və ya açıq meydançada istifadə etmək mümkündür. O, hərbi sahədə tətbiq edilərək təcili məxfi məlumatları ötürməyə imkan verə, səs-küylü otaqda kommunikasiyanı təmin edə, yalnız bir alıcı üçün nəzərdə tutulan təcili məlumatları göndərə bilər.
Nizam Nuriyev
Baxış sayı: 547
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet