12px13px15px17px
Tarix:28/01/19

“Microsoft” zəif görmə qabiliyyətli uşaqlar üçün proqramlaşdırma dili yaradıb

“Microsoft” şirkəti gözdən əlil və zəif görən uşaqlar üçün fiziki proqramlaşdırma dili təqdim edib. Layihə “Code Jumper” adlanır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni proqramlaşdırma dili müxtəlif formalı blok modullar dəsti və  naqillərdən ibarətdir. Uşaqlar onları müxtəlif kombinasiyalar şəklində birləşdirməklə əhvalat danışan, musiqi bəstələyə bilən, hətta zarafatlar düşünən proqramlar yarada bilərlər. Zəif görmə qabiliyyətli uşaqların blok modulları bir-birindən fərqləndirməsi üçün onlar kontrast parlaq rəngə malikdir və modulların işlənib hazırlanmasında istifadə edilən xüsusi material blokları əllə bir-birindən ayırmağa imkan verəcək.
 
Birinci mərhələdə fiziki proqramlaşdırma dili ABŞ, Böyük Britaniya, Kanada, Hindistan və Avstraliya, daha sonra bütün dünyada tətbiq ediləcək.
 
Emil Hüseynov





Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024