Tarix:29/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2018-ci ildə pul ifadəsində sahənin həcmi 3,65 trilyon dollar təşkil edib və illik hesablamada artım 3,9 səviyyəsində olub.
Şirkət analitiklərinin proqnozuna görə, bu il İT sahəsində ümumi xərclər 3,77 trilyon dollara çatacaq. Beləliklə, bazarda 3,2 faizlik artım gözlənilir.
Məlumat emalı mərkəzləri üçün sistemlərin ümumi xərclərin həcmində payı 210 milyard dollara bərabər olacaq. Korporativ sinifli proqram təminatı 431 milyard qazanc gətirəcək. Avadanlıq seqmentində xərclər isə 679 milyard dollar qiymətləndirilir.
Ən böyük seqment 1,42 trilyon dollar məbləğində proqnozlaşdırılan mədaxillə kommunikasiya servisləri sektoru olaraq qalacaq. Bundan başqa, İT servislərindən təxminən 1,03 trilyon dollar qazanc götürüləcək.
2020-ci ildə bazarda artımın davam edəcəyi gözlənilir: onun həcminin 3,88 trilyon dollara çatacağı ehtimal olunur. Bu proqnoz özünü doğruldacağı təqdirdə mədaxil artımı cari illə müqayisədə 2,8 faiz təşkil edəcək.
Nizam Nuriyev
“Gartner”: “2019-cu ildə dünya İT bazarının həcmi 3,8 trilyon dollar olacaq”
“Gartner” şirkəti 2019-cu il və sonrakı illər üçün dünya informasiya texnologiyaları (İT) bazarı üçün proqnoz dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, qiymətləndirməyə görə, 2018-ci ildə pul ifadəsində sahənin həcmi 3,65 trilyon dollar təşkil edib və illik hesablamada artım 3,9 səviyyəsində olub.
Şirkət analitiklərinin proqnozuna görə, bu il İT sahəsində ümumi xərclər 3,77 trilyon dollara çatacaq. Beləliklə, bazarda 3,2 faizlik artım gözlənilir.
Məlumat emalı mərkəzləri üçün sistemlərin ümumi xərclərin həcmində payı 210 milyard dollara bərabər olacaq. Korporativ sinifli proqram təminatı 431 milyard qazanc gətirəcək. Avadanlıq seqmentində xərclər isə 679 milyard dollar qiymətləndirilir.
Ən böyük seqment 1,42 trilyon dollar məbləğində proqnozlaşdırılan mədaxillə kommunikasiya servisləri sektoru olaraq qalacaq. Bundan başqa, İT servislərindən təxminən 1,03 trilyon dollar qazanc götürüləcək.
2020-ci ildə bazarda artımın davam edəcəyi gözlənilir: onun həcminin 3,88 trilyon dollara çatacağı ehtimal olunur. Bu proqnoz özünü doğruldacağı təqdirdə mədaxil artımı cari illə müqayisədə 2,8 faiz təşkil edəcək.
Nizam Nuriyev
Baxış sayı: 341
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet