12px13px15px17px
Tarix:29/01/19

Yaponiyada qatarlara “ağıllı” pəncərələr quraşdırılacaq

Yaponiyanın “JR Kyushu” dəmir yolu şirkəti “NTT DoCoMo” yerli rabitə operatoru ilə birgə qatarlarda pəncərələri faydalı məlumatların göstərilməsi funksiyası ilə təchiz etməyi planlaşdırır. Bundan ötrü şüşələrin üzərindən şəffaf displeylər quraşdırılacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, yeni pəncərələrdə soraq kitabçasından informasiya, təyinat nöqtəsinə çatma vaxtı və digər faydalı məlumatların göstəriləcəyi güman edilir. Məlumatlar real vaxt rejimində yenilənəcək. Pəncərələrin idarəetməsi sensor və səsli interfeyslər vasitəsi ilə həyata keçiriləcək.
 
 
Emil Hüseynov






Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024